İqtisadiyyat

“S&P Global Platts” Cənub Qaz Dəhlizinin gələcək genişlənməsi barədə

2 Yanvar 2020 10:51
Baxış: 856
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"S&P Global Platts" "Cənub Qaz Dəhlizi"nin gələcəkdə genişlənməsini proqnozlaşdırır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə şirkətin analitiki Ceyms Hakstepp deyib.

Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi" layihəsi Xəzər regionundan birbaşa Avropaya ildə 16 milyard kubmetr qazın tədarükü üçün zəruri nəqliyyat gücü təqdim edəcək: "İlkin olaraq bu, Avropada qaza tələbatın 3-4 faizini təmin edəcək, qazın böyük hissəsi Cənubi Avropaya nəql olunacaq. "S&P Global Platts" "Cənub Qaz Dəhlizi"nin gələcəkdə genişlənməsini proqnozlaşdırır".

C.Hakstepp bildirib ki, "Şahdəniz" yatağından ildə 6 milyard kubmetr qaz Türkiyə bazarına tədarük olunacaq: "Daha 10 milyard kubmetrin Trans-Adriatik boru kəməri (TAP) ilə Yunanıstan, Bolqarıstan və İtaliyaya nəqli planlaşdırılır. Yunanıstan və Bolqarıstan "Şahdəniz 2" yatağından hərəsi bir milyard qazın alınması üçün müqavilə imzalayıb. İldə 8 milyard kubmetr qaz isə İtaliyaya tədarük olunacaq".

Şirkət 2023-cü ilədək tədarük gücünün ildə 24 milyard kubmetrədək, 2026-cı ilədək 31 milyard kubmetrədək genişlənəcəyini proqnozlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.