İqtisadiyyat

Azərbaycandan Türkiyəyə turist axını artıb

31 Dekabr 2019 21:36
0 Şərh     Baxış: 1 781
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

2019-cu ilin noyabr ayında Azərbaycandan Türkiyəyə 61,950 min turist səfər edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 4,78 faiz çoxdur.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Məlumata əsasən, bu dövr ərzində Türkiyəyə gələn xarici vətəndaşların ümumi sayında Azərbaycan vətəndaşlarına düşən payı 2,89 faiz təşkil edib.

Qeyd edilib ki, 2019-cu ilin yanvar-noyabr aylarında Azərbaycandan Türkiyəyə 842,057 min turist səfər edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 4,89 faiz çoxdur.

2019-cu ilin yanvar-noyabr aylarında Türkiyəyə gələn xarici vətəndaşların ümumi sayında Azərbaycan vətəndaşlarının payı 1,96 faiz təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.