İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

22 Oktyabr 2019 23:59
0 Şərh     Baxış: 684

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 21-də 62,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,23 dollar/barel azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 61,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,09 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 54,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,87 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 58,86 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,61 dollar/barel azdır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.