İqtisadiyyat

Azərbaycan neftinin qiyməti dəyişib

11 Sentyabr 2019 23:05
1 Şərh     Baxış: 1 608

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 10-da 67,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,41 dollar/barel çoxdur.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,01 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 61,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,63 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 64,58 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,72 dollar/barel çoxdur.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    ALEKS❤ · 11 Sentyabr 23:1100

    Yəqinim varki bu səhifədə bir gün xoş xəbər eşidəcəm.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.