Azərbaycan Beynəlxalq Bankından sahibkarlar üçün daha bir imkan
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Beynəlxalq Bankı sahibkarlıqla məşğul olan fiziki şəxslərin fəaliyyətinə dəstək məqsədilə "Sahibkart" məhsulundan istifadə imkanlarını asanlaşdırıb. İndi hər bir fərdi sahibkar Azərbaycan Beynəlxalq Bankının onlara özəl hazırladığı kart məhsulu - "Sahibkart"ı əldə edə və öz biznes fəaliyyətində bu kartlardan faydalana bilər.
"Sahibkart" plastik kartları müştərilərin rahatlığına xidmət edir. Bu kartlardan yararlanan müştəri, ilk növbədə, vaxtına xeyli qənaət etmiş olur. Belə ki, hesaba daxil olmuş vəsaitlər haqqında məlumat almaq, hesab üzrə ödənişlər aparmaq, vəsaitləri nağdlaşdırmaqdan ötrü daha banka gəlməyə ehtiyac yoxdur. Müştəri "Sahibkart"la hesabını çox asan şəkildə idarə edə bilər. Vergi borclarını və başqa ödənişləri bu kartla internet üzərindən həyata keçirmək, onlayn alış-veriş aparmaq, hesabdakı pulu ATM-lərdə, yaxud POS-terminallarda nağdlaşdırmaq olar. Sahibkarlar bu kartlarla indi Azərbaycan Beynəlxalq Bankının ATM-lərindən, yaxud bankın xidmət ofislərindəki POS terminallarından bir ay ərzində 15 min manata qədər vəsait nağdlaşdıra bilərlər.
Azərbaycan Beynəlxalq Bankının digər plastik kartlarında tətbiq olunan İnternet Bank xidmətinə "Sahibkart"la da qoşulmaq mümkündür. "Sahibkart" əldə etmək istəyən müştəriyə yeni hesab açıla və ya kart onun Bankda əvvəlcədən mövcud olan cari hesabına bağlana bilər.
Azərbaycan Beynəlxalq Bankının Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov deyib: "Xüsusilə kiçik və orta sahibkarlar "Sahibkart"ın üstünlüklərindən faydalanaraq vaxt itirmədən hesablarındakı vəsaitdən həm nağd, həm də nağdısz qaydada istifadə edə biləcəklər. Kiçik və orta sahibkarlarımızı filiallarımızdan "Sahibkart" əldə edib bu imkanlardan yararlanmağa çağırırıq".
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
XƏBƏR LENTİ
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
“Qarabağ”ın avrokuboklardakı anşlaqı yerli liqada yoxdur: 31 minlik stadionda acınacaqlı mənzərə - (Video)





