125 dövlət əmlakı BU TARİXDƏ özəlləşdirilməyə çıxarılacaq - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac artıq yeni ünvanda - Əmlak Xidmətləri Məkanında (Bakı şəh., Nizami ray., X.R.Ulutürk küç., 20) keçiriləcək.
Milli.Az bildirir ki, Komitədən Trend-ə verilən məlumata görə, 12 fevral tarixində keçiriləcək hərraca ümumilikdə 125 dövlət əmlakı çıxarılıb. Onlardan 72-si kiçik dövlət müəssisə və obyekti, 24-ü qeyri-yaşayış sahəsi, 17-si səhmdar cəmiyyəti, 12-si isə nəqliyyat vasitəsidir. Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 4 kv.m ilə 2634 kv.m arasındadır. Mehmanxana, sanatoriya, mağaza, restoran və digər sahələrə aid olan dövlət obyektlərinin çoxu torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb. Gəncədə yerləşən yeməkxananın ümumi faydalı sahəsi 536,7 kv.m-dir. Totanlı küçəsindəki bu dövlət əmlakı 7323 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılıb. İnvestor 7 min 500 manat beh ödəyərək xidmət sahəsində gəlirli fəaliyyətə imkan verən obyektin sifarişçisinə çevrilə bilər.
Sərmayəçilərə maraqlı ola biləcək qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 12,5 kv.m ilə 267,6 kv.m intervalındadır. Dövlət əmlaklarından 13-ü paytaxtda, 6-sı Sumqayıtda, digərləri isə Gəncə, Tərtər, Daşkəsən və Sabirabadda yerləşir. Biznes fəaliyyətinə başlamaq istəyənlər bu kateqoriyadan olan dövlət əmlaklarını ofis və xidmət obyekti kimi istifadə edə bilər. Ən yüksək ümumi faydalı sahəsi olan qeyri-yaşayış sahəsi Sumqayıt şəhəri, 2-ci mikrorayon, Nəriman Nərimanov küçəsindədir.
Təmir-tikinti, sənaye, kəndkimya, nəqliyyat, məişət və digər sahələr üzrə səhmdar cəmiyyətlərinin səhm paketləri də budəfəki hərraca çıxarılıb. Bu dövlət əmlaklarına "Bərdə Kəndkimya", "Tərtər Nəqliyyat", "Lənkəran Mebel" kimi səhmdar cəmiyyətləri aiddir. Belə müəssisələr respublikanın müxtəlif regionlarında yerləşir. Hərraca çıxarılan səhm paketləri səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının 30-45%-ni təşkil edir.
Avtomobil almaq istəyənlərə geniş seçim imkanı təklif edən nəqliyyat vasitələri isə "QAZ", "Volkswagen", "BMW", "FIAT" və digər markalara aiddir. Bu nəqliyyat vasitələrinin istehsal tarixləri 2005-2008-ci illərdir. Avtomobillər üçün təyin olunan ilkin hərrac qiymətləri 2 min manat ilə 5 min 200 manat arasındadır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
XƏBƏR LENTİ
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)
-
Elariz oğlu və nəvəsi ilə - (Foto)
-
“Qarabağ”ın avrokuboklardakı anşlaqı yerli liqada yoxdur: 31 minlik stadionda acınacaqlı mənzərə - (Video)
-
Ceyhun Hacıbəyli küçəsində hərəkət məhdudlaşdırılacaq
-
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
-
Gəncəsər monastırı ətrafında Ermənistanda yaradılan qalmaqalın elmi-tarixi əsası yoxdur - AMEA
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Şamaxıda “Nəsimi Bağları” kompleksi: 120 hektarlıq ərazidə turizm və mədəniyyət məkanı
-
Paşinyan Prezident İlham Əliyevə Cənubi Qafqazda sülhə töhfəsinə görə təşəkkür edib
-
Kardaşyanda atasının ölümünə səbəb olan xəstəlikdən aşkarlandı - (Foto)
-
Türkiyədə qadın qızının saç kəsimini bəyənmədi, qohumlarını yığıb salonu dağıtdı - anbaan (Video)
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video)
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan





