İqtisadiyyat

Volkswagen də İrana qarşı çıxdı

20 Sentyabr 2018 23:31
0 Şərh     Baxış: 2 198
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın avtomobil nəhəngi "Volkswagen" ABŞ-ın İrana tətbiq etdiyi təktərəfli embarqolar səbəbindən bu ölkədəki fəaliyyətlərinin böyük hissəsini dayandıracaq.

"Bloombergi"in amerikalı bir səlahiyyətliyə əsaslandırdığı xəbərə görə, İrana təktərəfli embarqolar tətbiq edən ABŞ rəhbərliyi alman şirkətini embarqolara qoşulmağa qane etdi.

Milli.Az TRT-yə istinadən bildirir ki, ABŞ-ın Berlindəki səfiri Richard Qrenel "Volkswagen"i İrana tətbiq edilən embarqolara qoşulmağa qane etmək üçün şirkət səhaliyyətlilərilə uzun müddətdir görüşlər keçirdiklərini bildirərək deyib ki, şirkət İrana tətbiq edilən embarqolara əməl edəcəyini söylədi. Bu qərardan məmnuniyyət duyuruq. İran iqtisadi mənbələrini xalqına vermək əvəzinə qlobal sabitsizlik və zorakılığı yaymaq işlərinə istiqamətləndirir.

"Volkswagen" şirkətindən mövzuya dair açıqlama verilmədi.

Qeyd edək ki, ABŞ-ın avqustun 7-də tətbiq etməyə başladığı İrana istiqamətli ilk embarqo pakəti ölkədəki ən böyük iş gücü sahələrindən avtomobil sektorunu da hədəf götürür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.