Azərbaycan-Səudiyyə Ərəbistanı biznes-forumu keçiriləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İqtisadiyyat naziri Şahin Mustafayev Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Müsaid İbrahim Abdullah əs-Süleymi qəbul edib.
Nazirlikdən Milli.Az-a verilən məlumata görə, görüşdə Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidentinin Səudiyyə Ərəbistanına rəsmi səfərinin, aparılan danışıqların mühüm əhəmiyyətini vurğulayıb, yüksək səviyyəli siyasi münasibətlərin iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli zəmin yaratdığını diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycan və Səudiyyə Ərəbistanı biznes dairələri arasında əlaqələr uğurla inkişaf edir, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Bakıda və Əl-Riyadda biznes forumlar, ötən ilin dekabrında Səudiyyə Ərəbistanına ixrac missiyası təşkil edilib. Azərbaycan Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 2018-ci ilin iyununda Bakıda keçirilməsi nəzərdə tutulan iclası çərçivəsində növbəti biznes forum təşkil ediləcəkdir. Səudiyyə Ərəbistanı şirkətləri Azərbaycan iqtisadiyyatına sərmayələr yatırır, Səudiyyə İnkişaf Fondu ilə su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurulması, məktəb tikintisi, kanal və yol tikintisi sahələrində uğurlu maliyyə əməkdaşlığı həyata keçirilir. Son illərdə Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artıb. Birbaşa aviareysin açılması bu sahədə əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli ola bilər.
Görüşdə İqtisadiyyat naziri Şahin Mustafayev Səudiyyə Ərəbistanı tərəfinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyə və Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyinə görə təşəkkür edib.
Səfirlə 5-ci dəfə görüşdüyünü xatırladan Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin genişlənməsində Müsaid İbrahim Abdullah əs-Süleyminin Azərbaycanda uğurlu fəaliyyətini qeyd edib, gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müsaid İbrahim Abdullah əs-Süleym qəbula görə təşəkkür edib, Azərbaycanda səfir kimi fəaliyyətindən məmnunluğunu ifadə edərək, ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
Səfir vurğulayıb ki, Səudiyyə Ərəbistanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyir, ölkəsinin mövqeyi dəyişməzdir və Azərbaycan işğal olunmuş torpaqlarını tezliklə qaytaracaq.
Müştərək Komissiyanın bu ilin iyun ayında Bakıda keçirilməsi nəzərdə tutulan iclası, investiyalar, turizm, birgə layihələrin icrası və s. məsələlər barədə fikir mübadiləsinin aparıldığı görüşdə səfir Müsaid İbrahim Abdullah əs-Süleym Səudiyyə Ərəbistanında qeyri-neft sektorunda həyata keçirilən layihələr barədə məlumat verib və Azərbaycan sahibkarlarını fəal əməkdaşlığa dəvət edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? – Vacib tövsiyələr
-
Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı
-
Yüksək təzyiqin gizli səbəbi - İnsanlar bundan xəbərsizdir
-
İş günündən əvvəl hansı hərəkətlər faydalıdır?
-
Payızın 5 ətri: Vuranda hamı adını soruşacaq
-
Qaşlar yalnız gözəllik üçün deyil: Bu funksiyaları varmış
-
Piyada gəzməyin faydası
-
Nə daş kimi bərk, nə də şorba kimi sulu: İdeal südlü aş resepti
-
Yatmazdan əvvəl spirtli içki içmək faydalıdır, yoxsa zərərli?
-
Günün qoroskopu: Sosial ünsiyyətdə açıq və səmimi olun
-
Axşamı ailə ilə birlikdə necə əyləncəli keçirmək olar?
-
Telefonu güzgü qarşısına və hamama qoymayın: Radiasiyanı iki dəfə artırır
-
Alyona Əliyeva “İki dünya arasında” adlı sərginin açılışında iştirak edib - (Foto)
-
Tullantıdan sənət əsərləri yaradır - (Video)
-
Xaçmaz-Quba yolunda qəza - altı nəfər yaralandı
-
“Liverpul” “Mançester Yunayted”i darmadağın edib
-
İtaliya XİN rəhbərinin Azərbaycana rəsmi səfəri başlayıb
-
Qazax sakini Kürdə batdı
-
Elton Hüseynəliyevin qızı İngiltərədə yaşayır
-
Şəhid qardaşı ilə şəhid bacısı ailə qurdu - (Foto)
-
Premyer Liqada yeni tamaşaçı rekordu
-
"Barselona" "Vilyarreal"ı məğlub edib
-
Sabah Xəzər rayonunda qaz olmayacaq
-
Sevdiyini heç vaxt unutmayan 5 bürc





