Bölgələrimiz investorlar üçün cəlbedici olub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Keçən il Ağstafa rayonuna 25 milyon manat xarici sərmayə qoyulmuşdur
Milli.Az "Azərbaycan" qəzetinə istinadən yazını təqdim edir.
Tarixə çevrilən 2017-ci il dünyanın bir çox ölkələrinin həyatında müxtəlif hadisələrlə yadda qaldı. Bəziləri müharibə və terrordan, bəziləri daxili siyasi çəkişmələrdən və vətəndaş qarşıdurmalarından əziyyət çəkdi.
Dünya birliyində özünün layiqli yeri olan və Cənubi Qafqazın lideri statusunu daşıyan Azərbaycanda isə 2017-ci il yaddaqalan hadisələrlə, xüsusilə iqtisadiyyatda qazanılan uğurlarla əlamətdar oldu. Sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar, siyasi və makroiqtisadi sabitlik Azərbaycan iqtisadiyyatının inkişafını, xarici təsirlərə və risklərə dayanıqlığını şərtləndirən başlıca amillərlə yadda qaldı.
Həyata keçirilən sosial-iqtisadi islahatlar sayəsində Ağstafada da bütün sahələr üzrə nailiyyətlər qazanılmışdır. Məhsul istehsalının həcmi 2,9, o cümlədən sənaye məhsulu istehsalı 2,2, kənd təsərrüfatı məhsulları istehsalı 2, tikinti-quraşdırma işlərinin həcmi 8,6, rayon üzrə orta aylıq əməkhaqqı 1,4 dəfə artmışdır. Son illər rayonda onlarca yeni sənaye müəssisəsi istifadəyə verilmişdir ki, bunun da sayəsində əhalinin məşğulluq problemi həll edilmişdir. Sahibkarlığın dəstəklənməsi və bu istiqamətdə həyata keçirilən tədbirlər sayəsində 7 mindən artıq yeni iş yeri açılmışdır. Regionlara investisiyanın cəlb edilməsi, ayrı-ayrı rayonlarda sənaye zonalarının, yeni istehsal və emal müəssisələrinin, istixana komplekslərinin yaradılması istiqamətində zəruri işlər görülmüşdür. Təkcə keçən il rayona 34,8 milyon manat özəl investisiya qoyulmuşdur ki, bunun da 25 milyon manatı xarici sərmayədir. Həmin investisiya hesabına saatda 25 ton istehsal gücünə malik dənli və paxlalı bitkilərin istehsalı üzrə Ağstafa Aqrar-Sənaye Kompleksi, ümumi emal gücü 36 min ton taxıl olan çeşidləmə-qurutma və saxlama anbarı, sutkada 120 ton emal gücünə malik dəyirman kompleksi, sutkada 48 ton gücündə olan çörək və yarımfabrikatlar zavodu, sutkada 36 ton istehsal gücünə malik makaron zavodu fəaliyyətə başlamışdır.
Hazırda "Karvan-L" EKO sənaye parkında istehsal gücü sutkada 500 kvadratmetr olan keramik dam örtüklərinin istehsalı müəssisəsində, "ATİLO" MMC-nin inşa etdiyi sərinləşdirici içkilər zavodunda son tamamlama işləri görülür. Müəssisədə quraşdırılan müasir texnologiya hesabına müxtəlif çeşiddə məhsullar istehsal ediləcək. Burada sərinləşdirici içkilər, o cümlədən pivə istehsalı sexləri ilə yanaşı, məhsulun qablaşdırılması və saxlanması üçün də sex və anbar inşa olunur. Müəssisədə 120 nəfər işlə təmin olunacaq. Xalça fabrikinin tikintisi isə artıq başa çatdırılmışdır. Fabrikdə 120 qadın özünə daimi iş yeri tapmışdır.
Hazırda 150 nəfərin çalışdığı "Akkord-Tekstil" MMC-nin tikiş fabrikində istehsal olunan məhsullar Azərbaycan brendi ilə bir çox Avropa ölkələrinə ixrac olunur.
Ağstafada aqrar sahənin də inkişafına ciddi diqqət yetirilir. Məhz bunun nəticəsidir ki, son illər kənd təsərrüfatı məhsulları istehsalı sahəsində bir sıra uğurlar qazanılmışdır. Təkcə ötən il rayon üzrə kənd təsərrüfatı məhsulları istehsalının həcmi 28,4 faiz artmışdır. 30 min 883 ton taxıl istehsal edən fermerlər hər hektardan 29,1 sentner məhsul götürmüşlər. İl ərzində həmçinin 15,5 min ton kartof, 6,7 min ton tərəvəz, 3,1 ton barama istehsal edilmişdir. Bundan başqa, keçən il 501 hektarda şəkər çuğunduru becərilmiş, göstərilən yüksək aqrotexniki qulluq nəticəsində 2597 ton şəkər çuğunduru istehsal olunmuşdur.
Rayonda abadlıq və quruculuq işləri də səngimir. Xüsusilə, kənd və qəsəbələrdə mövcud olan problemlərin həlli istiqamətində işlər görülmüş, küçə və meydanların yenidən qurulması, çoxmərtəbəli yaşayış binalarının təmiri diqqət mərkəzində saxlanılmışdır.
Rayonda yaşayış məntəqələrinin 98 faizi qazla təmin olunmuşdur. Keçən il Muğanlı, Sadıqlı və Ağgöl kəndlərinə təbii qazın verilməsi bərpa edilmişdir. Yaxın vaxtlarda Böyük Kəsik kəndinə də qazın verilməsi təmin olunacaq. Bununla da rayon tam olaraq mavi yanacaqla təmin ediləcək.
Əhalinin içməli su probleminin həll edilməsi istiqamətində həyata keçirilən tədbirlər də az deyil. Artıq çoxmənzilli yaşayış binalarının içməli su təminatı həll edilmişdir. Həzi Aslanov və Qarayazı kəndlərində də içməli su şəbəkəsi yenilənmiş, bəzi kəndlərdə subartezian quyuları qazılmışdır.
Bir sıra avtomobil yolları da yenidən qurulmuşdur. Ümumiyyətlə, 2017-ci il Ağstafanın yol-nəqliyyat təsərrüfatı sisteminin kompleks şəkildə yenidən qurulması kimi yadda qalmışdır. Ümumi uzunluğu 15,5 kilometr olan Ağstafa-Köçəsgər-Eynallı- Qırılı, 24 kilometrlik Vurğun-Köhnəqışlaq, 9,8 kilometrlik
Ağstafa-Aşağı Kəsəmən-Zəlimxan-Poylu, 9,5 kilometrlik Köçvəlili-Qarayazı-Həzi Aslanov avtomobil yolları yenidən qurularaq istifadəyə verilmişdir. Bundan başqa, əhalinin rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədilə
4 körpü tikilmiş, Həsənsu çayı üzərindəki körpü əsaslı şəkildə təmir edilmişdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar
-
Azərbaycana nərə kürüsü gətirmək bahalaşacaq
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Azərbaycanda qızıl-zinət bazarında qiymətlər necədir? - AÇIQLAMA
-
Dünya bazarlarında neftin qiyməti ucuzlaşdı
-
Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər
XƏBƏR LENTİ
-
Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar
-
Qazaxda ağır qəza - 3 nəfər ölüb, xəsarət alanlar var - Yenilənib - (Foto)
-
Ceyhun Bayramov ABŞ nümayəndəsi ilə Strateji Tərəfdaşlıq Xartiyası və TRIPP layihəsini müzakirə edib - (Foto)
-
Azərbaycana nərə kürüsü gətirmək bahalaşacaq
-
Mbappedən Arda ilə bağlı paylaşım
-
Timati 1,5 milyardlıq avtomobil aldı - (Foto)
-
Polşa prezidentindən Trampa qeyri-adi ad günü hədiyyəsi - (Foto)
-
Sabah Qəbələdə qaz olmayacaq
-
Generalın qızı ilə bağlı qərar verilib
-
İmamoğlu da daxil olmaqla 9 nəfərə həbs cəzası verilib
-
Tanınmış rus bloger İslamı qəbul etdi
-
Dənizdə batan 20 yaşlı Nəsrəddinin fotosu - Yenilənib - (Video)
-
Oqtay Rəcəbovun 85 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib - (Foto)
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Sosial şəbəkədəki şəkillərinə görə bacısını öldürübmüş... – Gülarənin qətlinin təfərrüatı - Yenilənib - (Foto)
-
Kollegiyadan saxlanılan vəkillərlə bağlı xəbərlərə reaksiya
-
Narkotik əməliyyatlarında həbs edilənlər var - (Video)
-
Almaniyalı nazir Bakıda yepiskop, ravvin və imamla görüşdü - (Foto)
-
Azərbaycanda 6 vəkil Kollegiyadan xaric edilib, 2 vəkilin fəaliyyəti dayandırılıb
-
146 qayçı zərbəsi ilə arvadını öldürən Azərbaycan vətəndaşına ömürlük həbs tələbi
-
"Qalatasaray" müdafiəçisini göndərir
-
Dövlət qulluğu imtahanı ləğv edildi – Ödənişlər qaytarılacaq
-
Ermənistanla Zəngilan istiqamətində delimitasiya aparılacaq
-
Bayrağı salamlayırdı, avtomobil vurdu - (Video)





