İqtisadiyyat

Varlı insanlar nəyə sərmayə yatırırlar?

16 Aprel 2017 19:25
0 Şərh     Baxış: 2 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Varlı insanlar çox vaxt əllərində olan maliyyə vəsitələrini daşınmaz əmlaka, sənət əsərlərinə, şirkətlərə, bizim xəyalını belə edə bilməyəcəyimiz başqa investisiya sahələrinə xərcləyirlər. Varlı insanların pulu istifadə etmə mexanizmi başqadır.

Joshua Coleman nümunəsinə baxaq: Ailəsi 2004-cü ildə Çikaqodakı telekom şirkətini 400 milyon dollara satdıqdan sonra mağazaya gedib, lüks əşyalar almağa çalışmadılar. Əksinə maliyyə məsləhətçiləri ilə danışıb, zənginliklərini böyütməyin yollarını axtardılar.
Milli.Az bizplus.az-a istinadən bildirir ki, bu axtarışları indi 27 yaşı olan Colemana bir ideya verdi. 2011-ci ildə insanların, vergi məsləhətçiləri ilə, hüquq və eyni zamanda başqa mütəxəssislərlə əlaqəyə keçə biləcək bir şirkət qurdu. O, bu şirkəti bugün satarsa, ailəsinin ilk şirkəti kimi mühüm məbləğdə pul qazana bilər.
Əgər siz iş qurmaqla pulunuzu artırmağın qəribə bir yol olduğunu düşünürsüzsə, bu o deməkdirki siz, çox varlı deyilsiz. 30 milyon dollardan çox varlığı olan insanlar əsasən başqa şirkətlərin hissə və səhmlərini almaqla pulunu artırmağa çalışır. Bəziləri isə hər hansısa bir şirkət alaraq və ya quraraq müxtəlif sahələrə yönəlir. Bir başqaları isə avtomobil, rəsm əsəri və s. kimi zamanla qiymətli oacaq əşyalara investisiya edir.
Coleman buna alfa risk deyildiyini, və bu cür işlərin bir sıra üstünlükləri olduğunu vurğulayır.
Bu tip inestisiyaların mənfi tərəfi isə onların, hamının bildiyi klassik investisiyalardan daha riskli olmasıdır. Yəni, burada böyük pulların batırılması riski daha çoxdur. Həmçinin bu investisiyalar səhmlər kimi tez pula çevrilə bilən investisyalar da deyil. Bu tip investisiyadan pulunuzu geri qazanamq aylar, hətta bəzən illər belə apara bilər.

İnvestisiya fondları

Varlı insanların investisiyları müxtəlifdir. Hətta bəzilərinin adını belə heç eşitməmiş ola bilərsiniz. Onlar əsasən vəsaitlərini ən az 5 illik uzun müddətli sərmayə kimi istifadə edirlər.
Məsələn, təyyarə icarələmək hazırda inkşaf etməkdə olan bir investisiya sahəsidir. Bu fondlar investiya sahiblərinin pulunu istifadə edərək təyyarə alır, aviaşirkətlərə icarəyə verir.
Təyyarələr satıldığı zaman investisiya sahibləri pullarını geri almaqla bərabər, sadəcə icarə haqqında ildə 9%-lik bir gəlir əldə edirlər. Bəzi fondlara investisya üçün 100 minlərlə dollar lazım olduğu halda, təyyarə icarəsi kimi sektora minimum 10 min euro-dan başalayaraq investisiya etmək mümkündür.

Torpağa investisiya

İngiltərədəki varlıların istiqamətləndiyi investisiya sahələrindən biri də ferma və təsərrüfatlardır. Dünyadaki əhali sayının artmasına paralel, qida ehtiyacına olan tələbin də artması məhsuldar torpaqların investisiya üçün gəlirli olacağı fikrini yaradır. Bu sahədə olan investisiyaların illik gəlirinin 4% ətrafında olacağı, eyni zamanda vaxt keçdikcə torpaq sahəsinin də dəyər qazanacağı güman edilir.
Təyyarələrə və ya torpağa veriləcək qədər maliyyə vəsaiti olmayan eyni zamanda uzun dövrlü bir investisya həyata keçirmək istəyən şəxslər qlobal infrastruktur layihələrinə, hətta şəraba investisiya edən şirkətlərin səhmlərinə yönələ bilərlər. Bu səhmlər hətta birjalarda da əməliyyatlar görməkdədir.
Şirkət sahibi olduğu üçün varlı olanların çoxu pulunu başqa şirkətləri almaq üçün istifadə edir.
Coleman da bir çoxu professional xidmət və texnologiya sektorunda olmaqla bir neçə şirkətə investisiyalar etmişdir. Hazırda əldə etdiyi səhmlərin sayını özü də bilmir.
Coleman başqa investorlarla qrup olaraq və ya özəl səhm sənədi olaraq müxtəlif şirkətlərə investisya edir. O qeyd edir ki, investisyaların dayanıqlı olmağı üçün hər birinə minimum 1 milyon dollar ayırır.

Yeni şirkətlər

New Yorklu varlı bir sahibkar, eyni zamanda investisiya haqqında kitab yazmış David Rose isə investisiya olunmuş şirkətlərin gedərək böyüdüyünü görməyin, investora böyük həyəcan və həzz yaşatdığını deyir.
"Düşünün ki Google ilk dəfə qurulanda ona investisiya etmisiniz və qurucularla birlikdə həyata keçirilən davamlı iclaslarda şirkətin necə böyüdüyünün şahidi olursunuz. Bu çox əyləncəlidir."
Eyni zamanda olduqca gəlirlidir. Yeni qurulan şirkətlərin yarısıın müflis olduğunu nəzərə alsaq bu cür investisiyaların risk altında olduğu açıqdır. Lakin bu cür şirkətlər uğurlu olduğu təqdirdə sizə verdiyiniz pulun 20-50 qatı arasında bir məbləğ qazandıra biləcəyi şübhəsizdir. Rose əsasən bir şirkətə 50-100 min dollar investisya etdiyindən, bunların isə bəzilərindən milyonlar qazandığını qeyd edir.

Şəraba, sənətə olunan investisiya

Varlılar arasında sənət əsərlərinə, avtomobil, saat, şərab, hətta musiqi alətləri kimi hobbilərə investisiya etmək olduqca yayılıb. Varlılar bunları zaman keçdikcə dəyər qazancaq düşüncəsi ilə saxladıqları kimi, eyni zamanda istifadə də edirlər. Bu tip əşyaların illik dəyər artışının yüksək olduğu müşahidə olunub. (2013-də 15% olmuşdur)
Adi investorların hobbilərə uyğun əşyalara investisya üçün müraciət edə biləcəyi investisiya fondları da mövcuddur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.