"Volkswagen Group Rus" şirkəti Rusiyada 200-dən çox "Volkswagen " və "Audi" markalı avtomobili geri çağırıb.
Milli.Az modern.az-a istinadən bildirir ki, qərar təhlükəsizlik yastıqları və kəmərlərində mümkün qüsurlarla əlaqədardır.
Məlumata görə, 2016-2017-ci illərdə istehsal olunan "Volkswagen "in "Golf", "Amarok", "Passat" və "Caravelle" modelli 74 avtomobili, "Audi"nin A4, A5, A6 və A8 modelli 128 avtomobili geri çağırılıb.
Bu avtomobillərdə qeyd edilən hissələrin əvəz ediləcəyi məlumat verilib.
Milli.Az