“Şəki-İpək” ASC fəaliyyətini dayandırdı - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu il yerlərdə yetişdirilmiş 72 tona yaxın yaş baramanın hamısı noyabr ayının əvvəlinə qədər "Şəki-İpək" ASC-nin baş müəssisəsinin Baramaaçan istehsalatında emal edilib qurtarıb. Nəticədə Baramaaçan istehsalatında iş qeyri-müəyyən müddətə dayanıb. Məlum olduğu kimi, Prezident İlham Əliyevin göstərişi ilə bu il respublikada barama istehsalı bərpa olunmuş və builki barama mövsümündə 72 tona yaxın yaş barama istehsal olunmuşdur. "Şəki-İpək" ASC-yə isə kredit verilmişdi ki yerlərdə yetişdirilmiş baramanın bir kq-na 8 manat ödəməklə hamısını satın alsın və emal etsin. Burada xam ipəyin bir kq-ı dünya bazarından 2 dəfə baha qiymətə - 82 dollara başa gəlmişdi. Nəticədə Respublika prezidenti 15 sentyabrda "Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında" sərəncam verdi ki, barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə subsidiya ayrılsın və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırdı ki, barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə növündən asılı olaraq veriləcək subsidiyanın məbləğini və verilmə qaydasını iki ay müddətinə təsdiq etsin. Gözlənildiyinə görə subsidiya builki barama tədarükünə də şamil edilməlidir və "Şəki-İpək" ASC-nin 1 kq-nı 8 manata satın aldığı baramanın hər kq-ı üçün dövlət "Şəki-İpək" ASC-yə 3-5 manat subsidiya versin.
Milli.Az "İpəkçi"yə istinadən bildirir ki, "Şəki-İpək" ASC-nin baş müəssisəsindəkı baramaaçan istehsalatı ilə yanaşı pambıq əyirici sexdə də xammalın tükənməsi səbəbi ilə iş dayanmışdır. Özü də bu sex azı bir aydır ki işləmir. Səbəb olaraq belə göstərilir ki pambıqtəmizləmə zavodlarının yeni yığılmış pambığı mahlıca çevirməsi prosesi hələ başa çatmayıb. Məlumat üçün əlavə edək ki, "Şəki-İpək" ASC-nin baş müəssisəsində pambıqtəmizləmə zavodlarının göndərdiyi mahlıcdan istehsal edilən pambıq sap xarıcə göndərilir, burada parça toxunmur. Halbuki pambıq parça istehsalı mümkündür.
Hal-hazırda "Şəki-İpək" ASC-ni baş müəssisəsində yalnız Burucu sexi və Toxucu istehsalatı qismən fəaliyyətdədir. Bu sex və istehsalatın yalnız noyabrın sonuna qədər işləyəcəyi məlumdur. "Şəki-İpək" ASC-nin baş müəssisəsindəki istehsalat və sexlərin növbəti barama mövsümünə qədər işləməsi üçün 1 milyon dollar dəyərində - təxminən 20-23 ton, quru barama satın alınıb gətirilməsi lazım idi. Lakin 1 milyon dollar borc verən tapılmadı.
"Şəki-İpək" ASC-nin Azərbaycan Beynəlxalq Bankına olan 46 milyon manatlıq kreditləri isə ötən il dondurulub. Bu kreditlər İllik 14, 16, 17 faizlə götürülmüşdür. İndi "Şəki-İpək" ASC-nin 46 milyon manat borcunun üstünə illik faiz gəlmir. Oktyabrın 19-da hansısa məhkəmənin qərarı ilə isə "Şəki-İpək" ASC-nin bankrot elan ediləcəyi gözlənilirdi. Məhkəmə keçirilib, lakin qərarı ictimaiyyətə hələ açıqlanmayıb.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin:
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
-
BMT-yə üzv olan 51 ölkə Rusiyanı atəşkəsə çağırıb
-
Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı
-
Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb - Yenilənib
-
Pezeşkian: Biz təcavüz yox, müdafiə üçün güclənmək istəyirik
-
Əfv sərəncamının icrası başa çatıb - (Yenilənib)
-
Rezai: Tramp və Netanyahu sağ qurtula bilməyəcək
-
Zeynəb Xanlarovanın səhhəti ilə bağlı açıqlama - Yenilənib
-
Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı
-
Əfv edilən yeganə qadın məhkum - (Foto/Video)
-
Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 milyon manat ayrıldı
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Lavrov və Rubio Nyu-Yorkda görüşüb
-
Bakıda tanışının evindən 33 min manat oğurladı - Saxlanıldı
-
Tanınmış aktyor xəstəxanaya yerləşdirildi
-
Britaniyada hərbi təyyarə qəzaya uğradı
-
İmişlidə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"
-
Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)





