“Qazprom” Azərbaycanı qabaqladı. Sensasion razılaşma açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Ankarada keçirilən danışıqların nətcəsi olaraq "Qazprom"un mətbuat xidməti rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, Rusiyanın energetika konserni "Türk axını" kəmərinin ilk qolunu 2016-cı ilin dekabrına qədər tikib başa çatdırmağa hazırdır.
Həmçinin tərəflər müəyyən ediblər ki, kəmərlə Türkiyənin Yunanıstan sərhədinə ildə 47 milyard kubmetr qaz çatdırılacaq. "Qazprom" kəmərlə Avropaya məhz bu qədər qaz nəql etməyə hazırdır. Qara dənizin altından keçəcək qaz kəmərinin ümumi gücü ildə 63 milyard kubmetr olacaq, müvafiq olaraq həmin həcmdən 16 milyard kubmetr Türkiyənin daxili tələbatına yönəldiləcək.
Həmçinin fevralın 7-də keçirilən danışıqlardan sonra Miller və Yıldız "Türk axını" kəmərinin Türkiyə ərazisindən keçəcək quru hissəsinin marşrutu boyu vertolyotla uçublar və marşrutu nəzərdən keçiriblər. Tərəflər kəmərin marşrutunun mühüm, reper nöqtələrini və kəmərin Türkiyə hissəsinin texniki həllini müəyyən ediblər. Razılaşdırılıb ki, kəmər Kayaköy rayonunda quruya çıxacaq. Türkiyə istehlakçıları üçün qaz Lüleburqasda təhvil veriləcək. Türkiyə-Yunanıstan sərhədinə isə kəmər Ədirnə bölgəsinin İpsala yaşayış məntəqəsində çıxacaq. Türkiyə ərazisində kəmərin uzunluğu 180 kilometr olacaq.
Yaxın vaxtlarda tərəflər kəmərin Türkiyənin ərazi sularından keçən hissəsinə dair layihə-seçim işlərinin başlaması üçün icazə alacaqlar.
Xatırladaq ki, "Türk axını" layihəsi barədə Rusiya prezidenti Vladimir Putinin ötən il dekabrın 1-də Ankaraya səfəri zamanı elan edilib. Putin bildirib ki, Avropa Komissiyasının yaratdığı əngəllərə görə "Cənub axını" qaz kəmərinin tikintisi dayandırılır, Rusiyadan Türkiyəyə eyni həcmdə yeni qaz kəmərinin çəkilməsi qərarlaşdırılır. "Cənub axını"ından qaz alacaq müştərilərə isə xəbərdarlıq edilib ki, Yunanıstanın Türkiyə ilə sərhədindən qazı təhsil almaq üçün müvafiq kəmər infrastrukturunun yaradılmasına başlasınlar. "Türk axını" kəmərinin reallaşmasına Brüsseldə hələ inanmasalar da göründüyü kimi tərəflər sürətlə layihənin həyata keçirilməsinə başlayıblar. Bu layihənin elan edilməsi Azərbaycan qazının TANAP, daha sonra TAP kəməri ilə Türkiyə üzərindən Avropaya nəqlinə dair suallar meydana çıxarıb. Çünki "Türk axını" kimi TA NAP-a müəyyən mənada rəqib layihəyə çevrilmiş olur.
İndi "Qazprom" Türkiyə tərəfi ilə kəmərin marşrutunu razılaşdırdığını elan edir və belə məlum olur ki, "Türk axını" Yunanıstanla sərhədə məhz TANAP kəməri ilə eyni nöqtədə çıxacaq. Belə ki, TANAP kəmərinin razılaşdırılmış marşrutuna əsasən Yunanıstanla sərhədə Ədirnə bölgəsinin İpsala yaşayış məntəqəsində çıxacaq. Oradan TAP kəmərinə birləşdiriləcək. "Qazprom" isə "Türk axını" ilə nəql olunacaq qazı həmin məntəqədə yaradılacaq habda müştərilərə təhzil verməyi nəzərdə tutur.
Beləliklə, "Qazprom" Azərbaycandan daha tez və daha böyük həcmdə qazı Yunanıstanla sərhədə çıxaracaq. Çünki TANAP kəməri ilə qaz nəqli ən tezi 2019-cu ildə başlamalıdır. Digər tərəfdən "Qazprom" Türkiyənin daxili tələbatının da demək olar ki, tam ödəməyə bəs edən həcmdə qaz verəcək. Bu isə enerji oyununda Azərbaycanın maraqlarının əleyhinə bəzi proseslərin getdiyini göstərir. O cümlədən Yunanıstanda Rusiyaya yaxın solçuların formalaşdırdığı yeni hökumət TAP-a dair kommersiya müqaviləsinə yenidən baxmaqla şantaj edir və nəticədə bu layihənin ləngiməsi riski var. Hələlik Azərbaycan "Türk axını" layihəsi ilə bağlı şərh vermir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub
-
Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır
-
Payızın sehrli rəngləri Qaranohurda - FOTOlar
-
Prezident İlham Əliyev: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir
-
Prezident İlham Əliyev: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib
-
Prezident İlham Əliyev TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına müraciət ünvanlayıb
-
Prezident İlham Əliyev İspaniyanın Kralına məktub ünvanlayıb
-
Bir həftədə 327 piyada əleyhinə mina tapıldı
-
“Zəng edib efirdən sildirirdi” - Ramiz Mehdiyevlə bağlı gözlənilməz iddia - (Video)
-
Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub - (Foto)
-
“Ölümün bir addımlığında” kitabı işıq üzü gördü - (Foto)
-
İstanbul boğazında gəmi hərəkəti dayandırıldı
-
İranın daxili işlər naziri Azərbaycana gəlib
-
Rəqsanənin qızı Suel pilot olacaq - (Video)
-
Bakının bu rayonlarında torpaq kəskin bahalaşdı - Siyahı
-
Gümüş bahalaşdı, qızıl ucuzlaşdı
-
Kamboca Krallığının Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub - (Foto)
-
Azərbaycanda maaşlar artıb
-
Pulunu dollara dəyişmək istəyənlərin nəzərinə
-
Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - (Foto)
-
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
-
Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
-
Neftin qiyməti kəskin ucuzlaşdı
-
“Gülə-gülə ağlamışam, gözümdən yaşlar axıb” - (Video)





