İqtisadiyyat

Yükdaşıma ilə məşğul olan şəxslərə sərt xəbərdarlıq

25 Aprel 2011 13:40
Baxış: 229
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Daxili İşlər və Nəqliyyat nazirlikləri yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə, sürücülərə xəbərdarlıq etdi. Milli.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, son illər respublikada müasir tələblərə uyğun avtomobil yollarının çəkilməsi hərəkət iştirakçılarının təhlükəsizliyi və rahatlığı üçün geniş imkanlar yaradıb. Bütün bunlara baxmayaraq, avtonəqliyyat vasitələrində daşınan yüklərin normadan artıq yüklənməsi yolların, körpülərin, yol ötürücüləri və digər yol qurğularının sıradan çıxması ilə yanaşı, hərəkətin təhlükəsizliyinin təmin olunmasında da ciddi problemlər yaradır. Bir çox hallarda belə daşımalar avtomobillərin yük yerlərinin, qabarit ölçülərinin artırılması, kuzovlarının bortlarının qaldırılması yolu ilə həyata keçirilir ki, bu da "Yol hərəkəti haqqında" və "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikası Qanunlarının tələblərinə ziddir və bu qanun pozuntularına yol verən şəxslər ölkə qanunvericiliyi ilə məsuliyyət daşıyırlar.

Məlumatda deyilir ki, yükləmə və yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər bu barədə dəfələrlə xəbərdar olunmalarına və inzibati qaydada tənbeh edilmələrinə baxmayaraq, bu kimi hallar hələ də davam edir.

Daxili İşlər və Nəqliyyat nazirlikləri yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin, eləcə də sürücülərin nəzərinə çatdırır ki, konstruksiyalarında dəyişikliklər edilmiş avtomobilləri cari ilin may ayının 1-dək istehsalçı zavodun həmin avtomobillər üçün müəyyən etdiyi normalara uyğunlaşdırmaqla yük daşıma qaydalarına ciddi riayət etsinlər. Əks təqdirdə həmin şəxslər barəsində Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq, inzibati tənbeh tədbirləri görülməklə nəqliyyat vasitələri yol hərəkətində iştirakdan kənarlaşdırılacaqlar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.