İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda Avro-5 standartına uyğun benzin istehsal olunacaq - FOTO
20 Aprel 2011 14:28
Baxış: 902
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illər ARDNŞ-nin emal kompleksində istehsal edilən neft məhsullarının keyfiyyətinin artırılması, Avropa standartlarına uyğunlaşdırılması məqsədi ilə mühüm tədbirlər görülür. Milli.Az xəbər portalının Dövlət Neft Şirkətinin internet saytına istinadən verdiyi məlumata görə, texnoloji proseslərin yeniləşdirilməsi, təkmilləşdirilməsi və optimallaşdırılması sayəsində kəmiyyətlə yanaşı, neft məhsullarının keyfiyyət göstəriciləri də xeyli yaxşılaşdırılıb. ARDNŞ-nin emal kompleksində istehsal olunan avtomobil benzini ölkə iqtisadiyyatının dinamik inkişafında, eləcə də ixrac potensialının artırılmasında əhəmiyyətli rol oynayır.
Bu gün avtomobil benzini Heydər Əliyev adına Bakı neft emalı zavodunda istehsal olunur. Bunun üçün zavodda əsasən, 2 qurğudan - aşağı oktanlı ilkin emal benzin fraksiyasından yüksək oktanlı benzin - "platformat" istehsal edən katalitik riforminq və vakuum qazoyl komponentindən yüksək oktanlı benzin komponenti istehsal edən katalitik krekinq qurğularından istifadə olunur. İstehsal olunmuş bütün əmtəəlik benzinin 85-95 faizini katalitik riforminq və krekinq qurğularında alınmış yüksək oktanlı komponentlər təşkil etdiyindən 1996-cı ildən başlayaraq benzinin istehsalında ekoloji problem yaradan hər hansı əlavədən (etil mayesi və s.) istifadə olunmur. Benzinin növlər üzrə istehsalı da ildən-ilə yaxşılaşır. Belə ki, 1996-cı ildə istehsal olunmuş avtomobil benzininin 49,7 faizi A-92 və A-95 markalı benzinlər təşkil etdiyi halda, 1999-cu ildə həmin məhsulların istehsalı 69,3 faizədək yüksəlib. Nisbətən aşağı keyfiyyətə malik A-76 markalı benzinin istehsalı isə əksinə 50,3 faizdən 30,7 faizə endirilib. 1997-ci ildən başlayaraq ölkəmizin sosial-iqtisadi yüksəlişi fonunda digər yanacaq növləri ilə bərabər, avtomobil benzinlərinə tələbat da yüksəlib. Bunu nəzərə alaraq, BNEZ-də xam neftdən səmərəli istifadə etmək məqsədi ilə neftin ağır fraksiyalarından benzin komponentinin istehsalı məsələsinə diqqət daha da artırılıb. Nəticədə zavodda neftin ağır fraksiyalarından benzin komponenti istehsal edən təkrar emal qurğularının gücündən istifadə göstəricisi 1999-cu ilə nisbətən 2005-ci ildə 3 dəfə, 2010-cu ildə isə 6,5 dəfə artırılıb. Bununla da katalitik krekinq qurğusunda istehsal olunmuş benzin komponentinin həcmi 2000-ci illərin əvvəllərinə nisbətən 3,4 dəfə yüksəlib. Hazırda ARDNŞ-nin emal kompleksində istehsal olunan benzinlər "Avro-2" standartının tələblərinə tam uyğundur və onların 84 faizi daxili bazara, 16 faizi isə xaricə ixrac olunur.
Yaxın vaxtlarda respublikada "Avro-3" standartının tətbiqi ilə əlaqədar H.Əliyev adına BNEZ-in benzin istehsalı qurğularında modernləşdirmə işlərinin aparılması məqsədilə dünyanın qabaqcıl şirkətləri ilə danışıqlar aparılır. Hazırda iqtisadi əsaslandırması aparılan Yeni Neft-Qaz Emalı və Neft-Kimyası Kompleksi inşa olunduqdan sonra ölkəmizdə "Avro-5" standartına uyğun benzinlərin istehsalına başlanılacaq.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib
-
Qiymətli metallar ucuzlaşır
-
Dünya bazarında neft ucuzlaşmaqda davam edir
-
AMB-dən yeni məzənnələr: Avro 1,94 manatı keçdi
-
Dənizkənarı bağ evləri mövsüm ərzində 60 000 manatadək gəlir gətirir - ARAŞDIRMA
-
Bakıda zoomağaza açmaq sərfəlidirmi? - ARAŞDIRMA
XƏBƏR LENTİ
-
Sobada tərəvəzli "pizza" kükü resepti
-
Pərdələri ilk günkü kimi ağardacaq "şəkər tozu" möcüzəsi
-
Dərin və sağlam yuxu üçün təbii həll: Aşvaqanda
-
Messi sualına cavab vermədi
-
“Elə olub ki, evdə tonqal da qalayıblar” - (Video)
-
Evlərdə vantilyator istifadəsi ilə bağlı "həyati" xəbərdarlıq
-
Gəncədə faciəvi şəkildə ölən 22 yaşlı kuryerin (Fotosu)
-
Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş
-
Ali Öner "Taşacak bu deniz"dən getdi (Foto)
-
Gəncədə ağır qəza - sürücü ölüb (Foto)
-
Günün qoroskopu: Şəxsi münasibətlərdə səbirli olmaq gərginliyin qarşısını alacaq
-
Ərdoğan: Avropa ölkələri daha çox məsuliyyət götürməlidir
-
Pezeşkian: Tehran Vaşinqtona etibar etmir
-
Dünya Kubokunda penalti seriyasında qaydalar dəyişir
-
Məleykə Abbaszadə: "İmtahan stresinin əsas səbəbi valideynlərin yüksək gözləntiləridir"
-
“Azərxalça” və Faiq Əhməd “Eskizdən xalçaya” eksklüziv kolleksiyasını təqdim etdilər – İçərişəhərdə yeni şourumun açılışı olub - FOTO
-
Pezeşkian Pakistanda İslam ölkələrinə çağırış edib
-
DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın edib - Yenilənib
-
Yasamal və Nizami rayonlarında işıq olmayacaq
-
Ronaldo “Ginnesin Rekordlar Kitabı”na düşdü - (Foto)
-
DİM sədri: Məktəb təhsili ilə imtahanlarda uğur qazanmaq mümkündür
-
Məleykə Abbaszadə keçid ballarının yüksəlməsi məsələsinə aydınlıq gətirdi
-
Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinə üzv seçilib
-
Məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür - DİM sədri