İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda qanunsuz totalizator fəaliyyəti göstərən obyektlər aşkarlanıb
16 Aprel 2011 13:59
Baxış: 368
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vergilər Nazirliyinin
əməkdaşları Bakının müxtəlif ərazilərində qanunsuz totalizator
fəaliyyəti ilə məşğul olan obyektlər aşkarlayıblar. Nazirlikdən Milli.Az xəbər portalına verilən məlumata görə, Bakı şəhərinin müxtəlif yerlərində qanunsuz
totalizator fəaliyyəti ilə məşğul olan ictimai-iaşə obyektlərində futbol
və digər idman oyunları ərəfəsində vətəndaşlar tərəfindən proqnoz
verilərək pul qoyuluşları həyata keçirilir.
Vergilər Nazirliyinin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bu qəbildən olan bəzi obyektlərin rəhbərləri dövriyyələrini, əldə etdikləri gəlirləri gizlədərək vergi orqanlarına təqdim etdikləri bəyannamələrdə təhrif olunmuş məlumatlar əks etdirirlər. Çayxana və ya kafe adı altında fəaliyyətlərini davam etdirən bir sıra totalizator kontorları isə müvafiq qaydada xüsusi razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar.
Vergilər Nazirliyinin müvafiq qurumları tərəfindən paytaxtın müxtəlif yerlərində vergi nəzarəti tədbirləri həyata keçirilərkən fərdi sahibkarlar Məhəmməd Qəhrəman oğlu Əliyevə məxsus, Səbail rayonu, Q.Abbasov küçəsi, 72 ünvanda yerləşən "NTV+" və Naib Xanbala oğlu Hüseynova məxsus, Nəsimi rayonu, Cavadxan küçəsi 17 ünvanda yerləşən "Qədim Bakı" obyektlərində, fiziki şəxslər Şahin Ələsgər oğlu Qafarova məxsus, Yasamal rayonu, Z.Xəlilov küçəsi 43 ünvanda, Anar Allahverdi oğlu Məmmədova məxsus, Xətai rayonu, M.Rüstəmov küçəsi 34 ünvanda yerləşən "Madrid", Elçin Davud oğlu Qənbərova məxsus, Xətai rayonu, Gəncə prospekti 73 ünvanda yerləşən "Zenit" obyektlərində bu şəxslərin qanunsuz fəaliyyətlərini təsdiq edən faktlar aşkar olunub. Vergi nəzarəti tədbirləri zamanı həmin obyektlərdən 1 ədəd noutbuk, 7 ədəd kompüter prosessoru, 294 manat nağd pul, qara mühasibatlıq sənədləri, müxtəlif firmalara məxsus 3 ədəd möhür və yüzlərlə vətəndaşlara verilmiş uduş pullarını təsdiq edən ödəniş qəbzləri və kuponlar maddi sübut kimi götürülüb.
Qeyd edək ki, əvvəllər aşkar olunmuş qanunsuz totalizatorların sahiblərinə qarşı cinayət işləri başlanıb. Vergilər Nazirliyinin məlumatına görə, qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin aşkar edilməsi üçün nazirliyin əvvəllər apardığı tədbirlərdə aşkar olunan qanun pozuntuları ilə bağlı lazımi tədbirlər görülüb. "Bavariya" kafesinin sahibi Hacı Çərkəz oğlu Quliyevə qarşı isə 1 mln. 752 min 846,00 manat məbləğində vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırılması faktı üzrə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsinə əsasən cinayət işi başlanıb.
Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, xüsusi razılıq tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olan, o cümlədən qanunsuz totalizator fəaliyyəti göstərən bütün fiziki və hüquqi şəxslər barədə qanun çərçivəsində tədbirlər görüləcək.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İşə çatan kimi yuxunuz gəlir? - Bu üsullar sizi dərhal ayıldacaq
-
"Anamdan bir dəfə "səni sevirəm" sözünü EŞİTMƏDİM"
-
Bakının bu ərazilərində işıq 3 saatlıq KƏSİLƏCƏK
-
Van Persi qovuldu
-
Yola maşınla çıxanlara VACİB XƏBƏR - 7 əsas küçədə…
-
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
-
Buzun üzə faydaları: Bioloji əsasları, doğru istifadəsi və diqqət edilməli məqamlar
-
İyun ayı BÜRCLƏRə nə vəd edir?
-
Qarpız salatı resepti
-
Gözümüzü günəş şüasından necə QORUYAQ?
-
Dünyanın ən bahalı BUNKERLƏRİ
-
Müxtəlif geyimlər üçün hansı yuma rejimini seçmək daha YAXŞIDIR?
-
Gecə turizmi üçün ən yaxşı şəhərlərin SİYAHISI
-
Bu şəxslərin beyni daha gec YAŞLANIR
-
Küçədə itlərin hücumundan necə qorunmaq olar?
-
Çiyələk mürəbbəsi neçə dəqiqə qaynadılır?
-
Kobaxidze Paşinyanı təbrik etdi
-
"Həyat əclafdır, amma buna dəyər": Şakira Pikenin xəyanətindən DANIŞDI
-
Çörək mayası çox olarsa nə baş verər?
-
Bağçaların baş bəlası olan ilbizlərə qarşı təbii həll yolu
-
Günün qoroskopu: Bu gün eşq həyatında şanslı gündür
-
İlkin rəsmi nəticələr açıqlandı - YENİLƏNİB
-
İsrail İran ərazisindən buraxılan raketləri zərərsizləşdirib
-
"Fənərbağça"da Aziz Yıldırımın ilk transferi