İqtisadiyyat

Bakı ilə Sumqayıt arasında yüngül relsli dəmir yolu xətti çəkilə bilər

12 Aprel 2011 14:35
Baxış: 490
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
APA-nın məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib. Onun sözlərinə görə, hazırda hər gün Bakıdan Sumqayıta və əks istiqamətdə böyük həcmdə sərnişin axını müşahidə olunur: "İki şəhər arasında sərnişindaşımanın yaxşılaşdırılması üçün Koreya və Fransa şirkətləri tərəfindən yüngül relsli nəqliyyat əlaqəsinin qurulması təklif olunub. Sözügedən nəqliyyat tramvay və ya metroya bənzər olacaq və Bakı-Sumqayıt avtomobil yolunda hərəkət yükünü azaldacaq. Eyni zamanda, Bakı ilə Sumqayıt arasında metro xəttinin tikintisi də təklif olunur. Yekun variant cari ilin sonunadək müəyyənləşəcək".

M.Pənahov onu da bildirib ki, Bakı ilə Sumqayıt arasında yüngül relsli nəqliyyat yolunun uzunluğu 28 km təşkil edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.