İqtisadiyyat

“Kapital Bank” bütün ödəniş kart sahibləri üçün “5-i 1-də” adlı xüsusi kampaniyaya başlayır

11 Aprel 2011 18:35
Baxış: 2 860
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
"Kapital Bank" ASC bütün ödəniş kart sahibləri üçün  "5-i 1-də" adlı xüsusi kampaniyaya start verir. "Kapital Bank"a məxsus  ödəniş  kartı olan hər kəsin aksiyadan  hədiyyə olaraq bir ödəniş kartı udmaq şansınız var.

Aksiyada yalnız "Kapital Bank" ASC tərəfindən təqdim olunmuş ödəniş kartlarının sahibləri  iştirak edə bilərlər. Aksiyanın əsas şərti ondan ibarətdir ki, müştəri "Kapital Bank" ASC tərəfindən təqdim olunan ödəniş kart  sahibi olub, həmin kart ilə "Kapital Bank"ın "İnternet Banking" xidmətindən istifadə edərək 1 ay müddətində 5 ödənişdən az olmamaq şərtilə, 200 manat və ondan yuxarı məbləğlərdə əməlliyyatları apardıqda "Kapital Bank"dan xidmət haqqı tutulmadan 2 illik VISA ELECTRON/ MAESTRO ödəniş kartını əldə edəcək. O, ikinci ay ödənişləri həmin qaydada davam etdirdiyi halda, 2 illik VISA CLASSIC/ MASTERCARD STANDARD ödəniş kartını hədiyyə qazanacaq.

Aksiya aprelin 15-dən iyunun 15-dək keçirilir.

Qaliblərin müəyyən edilməsi proseduru:

- Hər iştirakçının İnternet Banking xidmətinə qoşularaq öz kartı ilə apardığı ümumi ödənişlərin məbləği və sayı hesablanacaq və uduş kampaniyasının qalibləri 2 həftə ərzində müəyyən olunacaq (2011 il iyul ayının 1-dən 15-dək);
- Aksiyanın qalibləri 2011-ci il iyul ayının 25-də uduş ödəniş kartını almaq üçün şəxsiyyəti təsdiq edən sənədi və özlərinə məxsus olan ödəniş kartını təqdim etməklə "Kapital Bank"-ın Mərkəzi ofisinə müraciət edə bilərlər;
- Kampaniyanın nəticələri haqqında məlumat, 2011-cu il iyul ayının 15-dən etibarən  bankın rəsmi internet saytında - www.kapitalbank.az -da yerləşdiriləcək.

"Kapital Bank" tərəfindən təqdim olunan yeni uduş kampaniyası ödəniş kartlarının sahiblərinə uduş sevincini bəxş edəcək və daha rahat, yüngül və təhlükəsiz ödəmək üslubunu bir daha nümayiş etdirəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.