İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ARDNŞ: Mədən ərazilərinin qanunsuz zəbt olunması halları artıb - FOTO
8 Aprel 2011 14:59
Baxış: 1 705
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son dövrdə ARDNŞ-ə məxsus ərazilərdə qanunsuz tikintilərin aparılması cəhdlərinin artdığını, şirkət tərəfindən bu cür cəhdlərə qarşı mübarizənin gücləndirildiyini, ictimaiyyətin həmin mövzuya xüsusi diqqət yetirdiyini nəzərə alaraq, şirkət qanunsuz zəbt olunmuş mədən ərazilərində jurnalistlərin iştirakı ilə reydlərin keçirilməsinə başlayıb. İlk belə reyd "Azneft" İstehsalat Birliyinin "Balaxanıneft" və H.Z.Tağıyev adına və neft və qazçıxarma idarələrinin mədən ərazilərində keçirilib. ARDNŞ-nin Hüquq İdarəsinin rəisi Eldar Orucov, Şirkətin Təhlükəsizlik İdarəsinin rəis müavini Elçin Əliyev, Baş ofisin Hüquq İdarəsinin Hüquqi mübahisələrlə iş şöbəsinin rəisi Şahin İsmayılov, Müqavilələr və hüquqtəsdiqedici sənədlərin qeydiyyatı şöbəsinin rəisi Tərlan Tahirov, Geodeziya və hidroqrafiya şöbəsinin rəisi Muxtar Quliyev, Əməyin mühafizəsi və təhlükəsizlik texnikası şöbəsinin rəis müavini Tofiq Rəhimov və şirkətin digər nümayəndələrindən, habelə ölkə televiziyalarının və aparıcı informasiya agentliklərinin çəkiliş qruplarından ibarət monitorinq iştirakçıları əvvəlcə, H.Z.Tağıyev adına NQÇİ-nin istismar etdiyi "Maştağa-Buzovna" yatağındakı 4-cü mədənin ərazisində yaranmış vəziyyətlə tanış olublar.
Şirkətin Hüquq İdarəsinin rəisi Eldar Orucov bildirib ki, son 6 ay ərzində təkcə 4-cü mədən ərazisinin 15-20 hektar sahəsi zəbt olunub, burada onlarla yeni tikilinin inşasına cəhd edilib. Bu isə hasilat işlərinin aparılmasına çətinlik törətməklə yanaşı, təhlükəsizlik texnikası baxımından da yolverilməzdir: "Burada yüksək təzyiqli qaz kəmərlərinin, neft kəmərlərinin üstündə, neft buruqlarının mühafizə zonasında evlər tikiliib ki, burada da istənilən an qəza baş verə bilər. Bu ərazilərdə həmçinin, insanların sağlamlığı üçün zərərli olan tullantılar mövcuddur". Vurğulanıb ki, 588 hektar ərazini əhatə edən "Maştağa-Buzovna" yatağının demək olar ki, 200 hektarında qeyri-qanuni tikililər var. Monitorinq zamanı yerli bələdiyyələr tərəfindən mədən ərazilərində tikililərin inşası üçün icazə verilməsi iddialarına aydınlıq gətirilib və bildirilib ki, mövcud qanunvericiliyə əsasən, bələdiyyələr öz mülkiyyətində olmayan və inkişaf fondu üçün nəzərdə tutulmayan torpaqları vətəndaşlara ayıra bilməz. Baxış yerinə toplaşmış əhali ilə söhbətlərdə bu məsələ xüsusi vurğulanıb. Torpaqların ARDNŞ-nin istifadəsinə verildiyini göstərən xəritələr nümayiş etdirilib və bildirilib ki, şirkət tərəfindən qeyri-qanuni tikintilərin qarşısının alınması istiqamətində ciddi tədbirlər görülür. Təzə tikililərin inşasına yol verilmir, yaşayış olan evlərin sökülməsi haqda iddialarla müvafiq məhkəmələrə müraciətlər olunur.
Sonra nümayəndələr "Balaxanıneft" NQÇİ-nin istismarında olan "Balaxanı-Sabunçu" yatağındakı mədənlərdə olub. Məlumat verilib ki, 1894 hektar ərazini əhatə edən "Balaxanı-Sabunçu" yatağının 570 hektarı zəbt olunub və bu ərazidə indiyə kimi 5000-ə yaxın qeyri-qanuni tikili inşa edilib. "Balaxanıneft" NQÇİ-nin rəisi Müğdət Xəlilov təəssüflə qeyd edib ki, qeyri-qanuni tikinti işləri bu gün də davam edir və son dövrdə xüsusi intensivlik kəsb edib. Bildirilib ki, bu günə kimi "Balaxanıneft" NQÇİ-nin neft-qaz əməliyyatları üçün sənaye əhəmiyyətli torpaq sahələrində inşa edilən tikililərlə bağlı 114 məhkəmə qətnaməsi çıxarılıb. Bundan əlavə, daha 300-ə yaxın məhkəmə iddiası hazırda baxılmaq mərhələsindədir. Vətəndaşlara dəfələrlə xəbərdarlıq edilib ki, bu ərazilərdə hər hansı tikinti işlərinin aparılması qadağındır.
Qanunvericiliyə əsasən, zəbt olunmuş torpaq sahəsinə və onun üzərində qanunsuz olaraq inşa edilmiş tikiliyə mülkiyyət hüququ əldə edilməsinə yol verilmir. Monitorinqdən sonra şirkətin baş ofisində keçirilən brifinq zamanı neft-qaz əməliyyatlarının həyata keçirilməsi məqsədi ilə hökumət tərəfindən ARDNŞ-nin istifadəsinə verilmiş digər mədən ərazilərində, o cümlədən Səbail ("Bibiheybətneft" NQÇİ-nin ərazisi) və Binəqədi rayonlarında, habelə magistral neft və qaz kəmərlərinin mühafizə zonalarında da qanunsuz zəbtetmə halları ilə bağlı məlumat verilib, stendlər və qətnamələr göstərilib, jurnalistləri maraqlandıran bir çox suallar ətraflı cavablandırılıb.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Van Persi qovuldu
-
Yola maşınla çıxanlara VACİB XƏBƏR - 7 əsas küçədə…
-
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
-
Buzun üzə faydaları: Bioloji əsasları, doğru istifadəsi və diqqət edilməli məqamlar
-
İyun ayı BÜRCLƏRə nə vəd edir?
-
Qarpız salatı resepti
-
Gözümüzü günəş şüasından necə QORUYAQ?
-
Dünyanın ən bahalı BUNKERLƏRİ
-
Müxtəlif geyimlər üçün hansı yuma rejimini seçmək daha YAXŞIDIR?
-
Gecə turizmi üçün ən yaxşı şəhərlərin SİYAHISI
-
Bu şəxslərin beyni daha gec YAŞLANIR
-
Küçədə itlərin hücumundan necə qorunmaq olar?
-
Çiyələk mürəbbəsi neçə dəqiqə qaynadılır?
-
Kobaxidze Paşinyanı təbrik etdi
-
"Həyat əclafdır, amma buna dəyər": Şakira Pikenin xəyanətindən DANIŞDI
-
Çörək mayası çox olarsa nə baş verər?
-
Bağçaların baş bəlası olan ilbizlərə qarşı təbii həll yolu
-
Günün qoroskopu: Bu gün eşq həyatında şanslı gündür
-
İlkin rəsmi nəticələr açıqlandı - YENİLƏNİB
-
İsrail İran ərazisindən buraxılan raketləri zərərsizləşdirib
-
"Fənərbağça"da Aziz Yıldırımın ilk transferi
-
13 yaşlı oğlu Azərbaycan pasportu aldı
-
İraqda zəvvarları daşıyan avtobus yandı - 25 ölü var
-
Danimarka - Ukrayna matçı dayandırıldı - faciəvi səbəb