Nazirliyin mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlmata görə, sahibkarlığın inkişafına dövlət dəstəyinin həyata keçirilməsi, sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maarifləndirilməsi məqsədilə keçirilən tədbirdə Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 300-ə yaxın sahibkar iştirak edib. Tədbir çərçivəsində Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kredit almış Astara rayonundakı "Astara Buket Çay" MMC-nin fəaliyyətinə, "Ələddin Fermer" MMC-nin meyvə (kivi) bağlarına, Lənkəran rayonunda "Lənkəran Konserv" ASC-nin konserv istehsalı müəssisəsinə, "Xan-Lənkəran" MMC-nin turizm infrastrukturunun yaradılması məqsədilə apardığı tikinti işlərinə, Masallı rayonunda "Masallı Dəmir Beton" ASC-nin tutumu 2 min ton olan soyuducu anbar kompleksinin və istixananın yaradılması ilə əlaqədar apardığı tikinti işlərinə, Cəlilabad rayonunda "Cavid-Ş" MMC-nin və "A.D.İ." MMC-nin hər birinin tutumu 2 min ton olan soyuducu anbarlarında, "Avanqard" MMC-nin tutumu 10 min ton olan taxıl anbarı kompleksində, həmçinin "Cəlilabad Broyler" ASC-də istehsalın genişləndirilməsi məqsədilə aparılan işlərə baxış keçirilib.
 
"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirini giriş sözü ilə açan Astara Rayon İcra Hakimiyyəti başçısının müavini  Xanverdi Şirinov "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın digər rayonlarda olduğu kimi, Astarada da uğurla həyata keçirildiyini bildirib, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq rayonun sosial-iqtisadi inkişafı, infrastruktur layihələrin icrası sahəsində görülmüş işlər barədə məlumat verib.
İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov və Sahibkarlığın inkişafı siyasəti şöbəsinin sahibkarlığın dəstəklənməsi və təşviqi sektorunun böyük məsləhətçisi Zaur Nuriyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu iqtisadi siyasəti nəticəsində regionların inkişafına böyük önəm verildiyini, sahibkarlığın daha da inkişaf etdiyini vurğulamış, regionların inkişafında dövlət proqramlarının uğurlu icrasının əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, hazırda "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası uğurla davam etdirilir, regionlarda yeni müəssisələr və iş yerləri açılır, sahibkarlıq fəaliyyəti daha da genişlənir.
Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Astara və ətraf rayonlarda fəaliyyət göstərən 36 sahibkarlıq subyektinə 420 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 90 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
 
Milli.Az
    
    
    
    
    
    İqtisadiyyat
    
        
                VTB-də yüksək depozit faizleri daha çox qazandırır
                
        
    
        
    
    
    
    
    
    
        
    
    
    
    
    
    
        
            
        
        
            
            
        
    
    
    
        
                
        
            
        
            
        
        
            
        
    
    
    
        
    
    
    
            
    
    
    
        
    
    
Cənub bölgəsində sahibkarlara 420 min manat güzəştli kredit verildi
24 Sentyabr 2010 21:35
    
                Baxış: 628    
    
            
        
                VTB-də yüksək depozit faizleri daha çox qazandırır
                
        
    
        
    
    
    
    
    DİGƏR XƏBƏRLƏR
- 
                
                    
                    Bir ekosistemindən ticarət sənayesinin inkişafı üçün daha bir addım
                
             - 
                
                    
                    Ziraat Bank Azərbaycan “Yaşıl ASAN” ekoloji proqramına qoşulub
                
             - 
                
                    
                    Saatlı rayonunda sahibkarlarla görüş keçirilib - FOTO
                
             - 
                
                    
                    Ədliyyə Nazirliyi və KOBİA biznes assosiasiyalarla görüş keçirib - FOTO
                
             - 
                
                    
                    “Özlərini müstəqil ekspert adlandıranlar çaşdırıcı məlumatlar yayır”
                
             - 
                
                    
                    Dövlət büdcəsində media üçün rekord artım
                
             
XƏBƏR LENTİ
- 
                
                    
                    Serdar Kılıçdan erməni nazir müavininə bahalı hədiyyə
                
             - 
                
                    
                    ABŞ-nin keçmiş vitse-prezidenti öldü
                
             - 
                
                    
                    Dövlətə xəyanətdə təqsirləndirilənin işi başladı - Bakı Hərbi Məhkəməsində
                
             - 
                
                    
                    Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti keçirilib - FOTO
                
             - 
                
                    
                    Səudiyyə Ərəbistanı Krallığının Baş naziri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
                
             - 
                
                    
                    Bir ekosistemindən ticarət sənayesinin inkişafı üçün daha bir addım
                
             - 
                
                    
                    Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevi təbrik edib
                
             - 
                
                    
                    Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Özbəkistana səfərə dəvət edib
                
             - 
                
                    
                    Sağlamlıqla sınağa çəkilən məşhurlar – SİYAHI
                
             - 
                
                    
                    Pakistan dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
                
             - 
                
                    
                    Somali sahillərində İran gəmisi ələ keçirildi
                
             - 
                
                    
                    Şavkat Mirziyoyev İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
                
             - 
                
                    
                    Məktəblərdə payız tətilinin vaxtı açıqlandı
                
             - 
                
                    
                    Azərbaycanda “Məhkəmə Ekspertizası” informasiya sistemi yaradılıb
                
             - 
                
                    
                    Bu şəxslər işdən çıxarıla bilər
                
             - 
                
                    
                    Prezident Pakistanda "ASAN xidmət" təcrübəsinin tətbiqi ilə bağlı Sazişi təsdiqləyib
                
             - 
                
                    
                    Azərbaycanla BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi təsdiqlənib
                
             - 
                
                    
                    Hərbi təyyarə qəzaya uğradı - Heyətdən xəbər yoxdur...
                
             - 
                
                    
                    19 yaşlı 3 uşaq anası xərçəngdən öldü - VİDEO
                
             - 
                
                    
                    “Yanlış səslənən fikirlər cavabsız qalmamalıdır” - Nazirdən deputata irad
                
             - 
                
                    
                    Ertem Şener Bakıya gəldi - FOTO
                
             - 
                
                    
                    Bu məktəbin bufetində qadağan olunmuş məhsullar satılır
                
             - 
                
                    
                    Ramiz Mehdiyevin vəkilləri şikayətlərini niyə geri götürdü? - Yeni detallar
                
             - 
                
                    
                    Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı xəbərdarlıq
                
             
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        




