Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, məktubda belə deyilir:
"Zəhmət olmasa, vətəndaşların "Vahid bank"a qoyduqları əmanətlərin geri qaytarılması məsələsini qaldırın. Bizim ailənin beş üzvünün həmin bankda hesabı var idi. O pulların geri qayıtmasına ümid varmı?"
Məsələyə münasibət bildirmək üçün saytın əməkdaşı Milli Məclisin iqtisadi siyasət komitəsinin üzvləri Vahid Əhmədov və Rüfət Quliyev, İqtisadi araşdırmalar mərkəzinin sədri Qubad İbadoğlu ilə əlaqə saxlayıb.
V.Əhmədovun sözlərinə görə, "Vahid bank" özəl bank idi və dövlətlə heç bir bağlılığı yox idi.
"Bu banka qoyulmuş əmanətlərin geri qaytarılması parlamentdə müzakirə olunmayıb. Həmin əmanətlərin geri qaytarılması məsələsi gndəlikdə yoxdur", - o əlavə edib.
Rüfət Quliyev isə deyib ki, həmin məsələ parlamentdə qaldırılmayıb. Onun sözlərinə görə, seçicilər də belə məsələ ilə bağlı heç vaxt ona müraciət etməyiblər.
"Hüquqi cəhətdən dövlət özəl şirkətin əməllərinə görə məsuliyyət daşıya bilməz. Pulların mənimsənilməsi faktı ilə bağlı "Vahid bank"ın rəhbəri həbs olunub. Bu cür hallar o vaxt başqa MDB ölkələrində də olub", - o qeyd edib.
Ekspert Qubad İbadoğlu da bildirib ki, "Vahid bank"a qoyulan əmanətlər qaytarılmayacaq.
"Məsələ burasındadır ki, vəsaitin mənimsənilməsi ilə bağlı istintaq tədbirləri həyata keçirilib. Bankın rəhbəri dələduzluğa görə məsuliyyətə cəlb olunub. İnanmıram ki, bu məsələ nə vaxtsa müzakirəyə çıxarılsın. "Vahid bank"a qoyulan əmanətlərin qaytarılması dövlətin məsuliyyətinə daxil deyil", - o qeyd edib.
Milli.Az
İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Vahid bank"ın əmanətçilərinin pullarını qaytarmağa ümidi varmı?
12 Mart 2013 11:40
0 Şərh
Baxış: 15 940
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Hakan Çalhanoğlu DÇ-2026-dan kənarda qalacaq?
-
Şəhid İlqar Mirzəyevin gəlini ailə FOTOsu paylaşdı
-
Acun həmin iştirakçını "Survivor"dan qovdu - FOTO
-
Avtobus qəzaya düşdü - yaralı var
-
MSK-ya yenidən sədr seçilən Məzahir Pənahovun dosyesi
-
Bu gecədən hərəkət məhdudlaşdırılır
-
ABŞ və İran arasında yeni vasitəçilik – Pakistan faktoru
-
Bu cəzaçəkmə müəssisəsinin rəisi İŞDƏN ÇIXARILDI - FOTO
-
"Qalatasaray"a qələbəyə görə fantastik MÜKAFAT
-
“WhatsApp” 4 aydan sonra bu telefonlarda işləməyəcək
-
Bu yolda bütün zolaqlar üzrə sürət həddi ENDİRİLDİ
-
Elgiz veriliş aparacaq? - Özü CAVABLADI
-
Türkiyədə ardıcıl iki zəlzələ oldu
-
70 kq qızılla tutulmuşdu, cəzası BƏLLİ OLDU
-
Vüsalə Əlizadə məşhur müğənnilərlə QOHUM OLDU
-
AzTV komandası Efiopiyada: Yeni sənədli filmin çəkilişindən GÖRÜNTÜLƏR
-
2 ay əvvəl evlənən qazi faciəvi şəkildə ÖLDÜ - FOTO
-
Qapıçı rəqibini yumruqladı, matçda dava düşdü - VİDEO
-
"Anam yaşındasan, AYIB OLSUN" - FOTO
-
Məzahir Pənahov yenə sədr seçildi
-
Hava ilə bağlı XƏBƏRDARLIQ: İntensiv yağış, sel və şimşək...
-
Turan Topalova İŞDƏN ÇIXDI
-
Ziraat Bank Azərbaycan Bankkart Business kredit və Bankkart Business kredit platinum kartlarını təqdim edib!
-
Putin onu rəhbər təyin etdi





