İqtisadiyyat

Şəmkirin Çaparlı kəndində dəmiryolu keçidi yenidən açılıb

8 Fevral 2013 20:42
Baxış: 443
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Nəqliyyat Nazirliyinin əsasnaməsinə uyğun olaraq ləğv olunan bəzi dəmiryolu keçidlərinin bağlanması reallaşmayıb. Şəmkirin Çaparlı kəndində mövcud olan qorunmayan keçid yenidən əhalinin istifadəsinə verilib. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin rəsmiləri bunu sakinlərin çoxsaylı müraciətləri ilə əlaqələndiriblər.

ADDY-nin 5 saylı İnfrastruktur Departamentinin baş mühəndisi Ürfan
Bədirov
: "Bizim ərazidə 6 qorunmayan keçid ləğv olunacaq. Onlardan da biri Şəmkir-Dəllər mənzilindəki keçiddir. Həmin kəndin sakinlərinin imkanı var ki, yaxınlıqdakı Keçili kəndinin keçidindən, eləcə də Dəllər stansiyasından istifadə etsinlər".

Ancaq ətraf kəndlərdə mövcud olan dəmiryolu keçidləri Çaparlı kəndinin sakinləri üçün əlverişsiz olub. Yerli əhali təkidlə yaşadıqları ərazidəki keçidin bərpasını tələb edib. Nəhayət, onlar ötən gün istəklərinə nail ola biliblər.

Dəmiryolu keçidi təxminən 2 aya yaxın bağlı qaldı. Bu müddət ərzində yerli əhali min bir əzab-əziyyətə qatlaşaraq alternativ yollardan istifadə edirdi. Bu gün isə keçidin yenidən bərpası ilə bütün bu problemlər aradan qaldırılmış oldu.

Bağlanan keçidin açılmasını sakinlər minnətdarlıqla qarşılayıblar. Buna daha çox sevinənlər isə sürücülər olublar. Onlar bununla da bir çox problemlərdən azad olduqlarını deyiblər. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin 5 saylı İnfrastruktur Departamentindən şifahi olaraq bildirilib ki, Çaparlı kəndindəki keçidin bərpası sakinlərin çoxsaylı müraciətləri əsasında baş tutub. Yəni, keçidin açılması ərazidə əlavə təhlükəsizlik tədbirləri görüldükdən sonra mümkün olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.