İqtisadiyyat

Bayramdan sonra bu məhsullar ucuzlaşa bilər

7 Dekabr 2025 21:48
Baxış: 662
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bayram mövsümündən sonra çərəzlərin qiymətində ucuzlaşma müşahidə edilə bilər.

Milli.Az xəbər verir ki, bu haqda iqtisadçı Akif Nəsirli "Yeni Sabah"a danışıb. O, son vaxtlar, xüsusilə də bayram ərəfəsində bahalaşan çərəzlərin qiymətləri ilə bağlı bunları deyib:

"Bayramqabağı çərəz qiymətlərinin artması inhisarçı bazarın xarakterinə uyğun olaraq, təbii iqtisadi proseslərdən qaynaqlanır. Bir neçə əsas səbəb var.

Çərəzlərin qiyməti həmişə nisbətən yüksəkdir, çünki bunlar ya idxal olunur, ya da xüsusi istehsal tələb edən məhsullardır. Bayram öncəsi tələbin kəskin artması da qiymətləri yüksəldir. İnsanlar bayram süfrələrini zəngin etmək üçün daha çox çərəz alır, bu isə bazarda təkliflə tələbin tarazlığını pozur və qiyməti artırır".

Ekspert əlavə edib ki, Antep fıstığı, qoz, badam kimi əsas çərəzlərin dünya bazarında qiymətləri yüksəlirsə, Azərbaycanda da onlar bahalaşır:

"Nəqliyyat xərcləri, valyuta kursu dəyişiklikləri və qablaşdırma xərcləri də son qiymətə təsir edir. Sadəcə qeyd etmək lazımdır ki, bayram mövsümü keçəndən sonra bəzi çərəz növlərinin qiyməti enə bilər, amma bahalı çərəzlər həmişə premium kateqoriya kimi qalır. Yəni bu, normal iqtisadi reallıqdır və əsas səbəb tələbin artmasıdır".

Qeyd edək ki, hazırda bazarda çərəzlərin qiymətləri belədir: fındıq ləpəsi 13-17 AZN/kq, qoz 7-20 AZN/kq, badam 7.5-14.2 AZN/kq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.