Pul yığmaq üçün dollara alternativlər açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiyalı ekspertlər vətəndaşlara dollar və avroya alternativ axtarmağı tövsiyə edirlər.
Milli.Az xəbər verir ki, REU-nun Dünya maliyyə bazarları və fintex kafedrasının dosenti Elmira Asayeva agentlik "Praym"a bildirib ki, sanksiyalar və ənənəvi valyutalara çıxış imkanlarının azalması fonunda kapitalın qorunması üçün yeni yanaşmalar tələb olunur.
Onun sözlərinə görə bu məqsədlə yaxın ölkələrin valyutaları, qiymətli metallar, əmtəə aktivləri və sabit yurisdiksiyalarda daşınmaz əmlak istifadə oluna bilər.
Asayeva qeyd edib ki, ən əlçatan variantlar sırasında yuan, rupi, lirə və BƏƏ dirhəmi var. Lakin bu valyutaların dalğalanma səviyyəsi çox vaxt dollar və avrodan yüksək olur, həmçinin rubl və emitent ölkələrin iqtisadiyyatı ilə sıx bağlılıq böhran dövrlərində qoruyucu funksiyanı zəiflədə bilər.
Ekspertin sözlərinə görə ənənəvi olaraq qızıl inflyasiyaya və valyuta sabitsizliyinə qarşı müdafiə vasitəsi hesab olunur. Bundan başqa, Rusiya dünya bazarında güclü mövqeyə sahib olduğu palladium və platina da əlavə müdafiə təmin edə bilər. Neft, qaz, taxıl və sənaye metalları kimi əmtəə aktivləri də qiymət artımı hesabına rublun zəifləməsini kompensasiya edə bilər. Xarici daşınmaz əmlak isə inflyasiyadan qorunma vasitəsi sayılsa da, böyük sərmayə tələb edir və aşağı likvidliklə fərqlənir.
Asayeva əsas problemin Rusiya bazarında alternativ alətlərin məhdud likvidliyi olduğunu bildirib. O, sərmayəçilərə kapitalı bir neçə istiqamət üzrə bölməyi tövsiyə edib: 30-40 faizini dost ölkələrin valyutalarında, 20-30 faizini qiymətli metallarında, qalanını isə əmtəə aktivləri və daşınmaz əmlakda saxlamaq məqsədəuyğundur.
İsmayıl
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bakının dörd rayonunda işıq kəsiləcək
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Holand Ronaldunu kölgədə qoydu
-
Çingiz Abdullayev: "Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm" - (Video)
-
Azərbaycançılıq milli gücün ideoloji əsaslarını təşkil edən dəyərlər sistemidir
-
Yamalın atası oğlunun əsl adını açıqladı
-
"Dikkat bebek var"ın aktyoru illər sonra - (Foto)
-
Azərbaycanlı karateçi Avropa birinciliyində gümüş medal qazanıb
-
Dambrauskasdan "Fənərbağça" açıqlaması
-
Bakıda üç avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir - Yenilənib
-
Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu - (Video)
-
Qazaxıstanda dövlət çevrilişinə cəhd - 10 nəfər saxlanılıb - (Foto)
-
Pezeşkian: Ali Rəhbər ABŞ ilə bağlı hökumətə səlahiyyət verib
-
Elgün Nurulla işindən ayrıldı
-
“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
-
"Bu, ölülərin, şeytanın bayramıdır" - Nadir Qafarzadə
-
Siyasi varislik, yoxsa milli xəyanət?





