Pul yığmaq üçün dollara alternativlər açıqlandı

25 Sentyabr 2025 12:12

Rusiyalı ekspertlər vətəndaşlara dollar və avroya alternativ axtarmağı tövsiyə edirlər.

Milli.Az xəbər verir ki, REU-nun Dünya maliyyə bazarları və fintex kafedrasının dosenti Elmira Asayeva agentlik "Praym"a bildirib ki, sanksiyalar və ənənəvi valyutalara çıxış imkanlarının azalması fonunda kapitalın qorunması üçün yeni yanaşmalar tələb olunur.

Onun sözlərinə görə bu məqsədlə yaxın ölkələrin valyutaları, qiymətli metallar, əmtəə aktivləri və sabit yurisdiksiyalarda daşınmaz əmlak istifadə oluna bilər.

Asayeva qeyd edib ki, ən əlçatan variantlar sırasında yuan, rupi, lirə və BƏƏ dirhəmi var. Lakin bu valyutaların dalğalanma səviyyəsi çox vaxt dollar və avrodan yüksək olur, həmçinin rubl və emitent ölkələrin iqtisadiyyatı ilə sıx bağlılıq böhran dövrlərində qoruyucu funksiyanı zəiflədə bilər.

Ekspertin sözlərinə görə ənənəvi olaraq qızıl inflyasiyaya və valyuta sabitsizliyinə qarşı müdafiə vasitəsi hesab olunur. Bundan başqa, Rusiya dünya bazarında güclü mövqeyə sahib olduğu palladium və platina da əlavə müdafiə təmin edə bilər. Neft, qaz, taxıl və sənaye metalları kimi əmtəə aktivləri də qiymət artımı hesabına rublun zəifləməsini kompensasiya edə bilər. Xarici daşınmaz əmlak isə inflyasiyadan qorunma vasitəsi sayılsa da, böyük sərmayə tələb edir və aşağı likvidliklə fərqlənir.

Asayeva əsas problemin Rusiya bazarında alternativ alətlərin məhdud likvidliyi olduğunu bildirib. O, sərmayəçilərə kapitalı bir neçə istiqamət üzrə bölməyi tövsiyə edib: 30-40 faizini dost ölkələrin valyutalarında, 20-30 faizini qiymətli metallarında, qalanını isə əmtəə aktivləri və daşınmaz əmlakda saxlamaq məqsədəuyğundur.

İsmayıl
Milli.Az