İqtisadiyyat

Qızılın qiymətində rekord artım - 3450 dollara yaxınlaşdı

13 İyun 2025 10:00
Baxış: 741
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əmtəə bazarlarında qızıl bahalaşma trendini davam etdirir. Son geosiyası hadisələr fonunda qızılın qiyməti 48 dollardan çox artıb.

Milli.Az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə avqust fyuçerslərinin qiyməti 1.4% və ya 47,8 dollar artaraq 3 445.2 ABŞ dollarına bərabər olub. Qızılın spot qiyməti isə 1,18% artaraq 3425 dolları ötüb.

Ekspertlər qızılın qiymətində kəskin artımı bir neçə səbəblə izah edirlər. Birincisi, Yaxın Şərqdə geosiyasi gərginliklər, ABŞ və İranla bağlı risklərin artması investorları təhlükəsiz liman kimi qızıla yönəldir. Bundan əlavə, ABŞ dollarının zəifləməsi də qızıl qiymətinə təsir edir. Belə ki, dollar indeksi iki ayın ən aşağı səviyyəsinə düşüb - bu da dollarla qiymətləndirilən qızılın alıcılar üçün daha sərfəli olmasına səbəb olur.

Bundan əlavə, qeyd olunur ki, ABŞ inflyasiya məlumatlarının gözləntilərdən zəif olması, texniki alım və bazar dinamizmi də qızıl qiymətinə təsir edən əsas amillərdəndir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.