Ticarət şəbəkələrinin fəaliyyəti ilə bağlı ictimai müzakirə təşkil olunub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə "Ticarət şəbəkələrinin bazar iqtisadiyyatında rolu: imkanlar və perspektivlər" mövzusunda ictimai müzakirə keçirilib. "Bakı KOB evi"ndə təşkil olunmuş tədbirdə müvafiq dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələri, həmçinin iri ticarət şəbəkələrinin 40-a yaxın təmsilçisi iştirak edib.
KOBİA yanında İctimai Şuranın sədri Samir Abdullayev ictimai müzakirənin dövlət-sahibkar əməkdaşlığı çərçivəsində müvafiq sahədə qanunvericiliyin tələblərinin, ticarət şəbəkələrinin fəaliyyətinin, bu şəbəkələr və sahibkarlar arasında münasibətlərin, eləcə də KOB-ların iri ticarət şəbəkələrinə çıxış imkanlarının genişləndirilməsinin müzakirə olunması məqsədilə keçirildiyini qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov çıxışında inkişaf edən ticarət şəbəkələrinin sağlam və ədalətli rəqabət mühitinin formalaşmasına, iqtisadiyyatın ümumi dinamikasına, istehsal sektorunun genişlənməsinə və sosial rifahın yüksəlməsinə müsbət təsirlərindən bəhs edib. Bildirilib ki, Agentlik tərəfindən şəffaf ticarət münasibətlərinin dəstəklənməsi və təşviqi məqsədilə mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir, bazar iştirakçıları ilə birbaşa dialoqlar aparılır. E.Bağırov ticarət şəbəkələrinin fəaliyyətində istehlakçı hüquqları və rəqabət qanunvericiliyinə riayət edilməsinin vacibliyini diqqətə çatdırıb, qabaqlayıcı nəzarət mexanizmlərinin tətbiqi və maraqlı tərəflərlə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ticarət şəbəkələrinin iqtisadiyyatda, xüsusilə də KOB-ların məhsullarının tanıdılması və satış imkanlarının genişləndirilməsində rolunu diqqətə çatdıraraq, dövlətin bu sahədəki dəstək tədbirlərinin KOB-ların bazarlara çıxış imkanlarını artırdığını bildirib. Qeyd olunub ki, KOB-ların ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmlərindən bir neçəsi KOBİA tərəfindən təmin olunur. Bugünkü ictimai müzakirənin başlıca məqsədlərindən biri də məhz KOB-ların iri ticarət şəbəkələrinə çıxışının daha da asanlaşdırılmasını müzakirə etməkdir. Ticarət şəbəkələri ilə KOB-ların əməkdaşlıq üsullarının təkmilləşdirilməsi, regionlarda logistik imkanların artırılması və təchizat zəncirinin optimallaşdırılması, rəqəmsal ticarət platformalarının dəstəklənməsi və KOB-ların bu platformalara inteqrasiyası, ticarət mədəniyyəti, keyfiyyət standartları və şəffaflıq sahəsində maarifləndirmə tədbirlərinin gücləndirilməsi vacibdir. KOB-lar isə istehsal etdikləri məhsulların ticarət şəbəkələrinə uyğunluğunu qiymətləndirməli, brendləşməyə və qablaşdırmaya, elektron ticarətə və müştəri məmnuniyyətinə önəm verməli, market və iri satış nöqtələri ilə əməkdaşlıqda təşəbbüskar olmalıdırlar. Bu, KOB-ların ticarət şəbəkələri ilə əlaqələrinin daha da genişlənməsinə xidmət edəcəkdir.
ASK-nın prezidenti Məmməd Musayev ticarət şəbəkələrinin məhsul satışı ilə yanaşı, qiymətlərin formalaşması, məhsul çeşidinin genişlənməsi və istehlakçının tələblərinin öyrənilməsində vacib rolunu, belə tədbirlərin ticarət şəbəkələrinin vəziyyəti, bu sahədə biznesin çətinliklərinin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.
Tədbirdə biznes subyektlərinin təklifləri və çətinlikləri öyrənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb və sahibkarların sualları cavablandırılıb.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
-
Qəhvəyə 1 çay qaşığı əlavə edin: Şəkəri əvəz edir, arıqlamağa kömək edir
-
Evli kişilərin tualetdə uzun müddət qalmağının səbəbi
-
Məşhur ulduzların səhnəyə çıxmazdan əvvəlki qəribə vərdişləri
-
Süni intellektə bu sualı verməyin - nəticəni oxuyan xəstəxanaya qaçır
-
Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Holand Ronaldunu kölgədə qoydu





