İqtisadiyyat

Bir ildə Azərbaycanda neçə nəfər “Rols-Roys” alıb?

14 Aprel 2025 15:12
Baxış: 1 820
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2024-cü ilin statistikasına görə, Azərbaycanda 1 milyon 585 min 265 ədəd minik avtomobili qeydiyyatdadır (nə qədər maşının işlək olub-olmamasının ayrıca statistikası yoxdur). Ölkədə ən çox avtomobil "Mersedes" markasındandır - 220 242 ədəd.

Bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.

O bildirib ki, Sovet-Rusiya istehsalı avtomobillərin tamamının sayı (VAZ, LADA, QAZ, UAZ, "Moskviç" və s.) isə 296261 ədəddir:

"2023-cü il ilə müqayisədə 2024-də Çin istehsalı maşınların satışı, qeydiyyatı kəskin çoxalıb - "Çangan" 1 ilə 4086 ədəd (84%), BYD isə 3072 ədəd (303%) artıb.

2023-cü ildə ölkədə 66 "Rolls-Roys" qeydiyyatda idi, 2024-cü ildə bu rəqəm 74-ə çatıb, yəni 8 yeni "Rolls-Roys" satılıb, satılan avtomobillər arasında bir neçə "Rolls-Roys Ghost" da olub, bu maşınların qiyməti 1 milyon 200 min manatdır.

"Rolls-Roys"dan başqa 2024-cü ildə ölkədə çox bahalı digər maşınlar da satılıb - 35 ədəd "Yaquar", 15 ədəd "Bentli" və s. Əgər ölkəmizdə bir nəfər də rəsmi milyonçu yoxdursa və büdcəyə milyonçu kimi vergi vermirsə, bəs 1,1 milyonluq "Rolls-Roys Ghost" avtomobilini və ya 500 minə qədər qiyməti olan "Bentli"ni kim alır?!" (axar.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.