İqtisadiyyat

Kriptovalyuta bazarının son göstəriciləri

17 Fevral 2025 09:33
Baxış: 643
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 17-da kriptovalyuta birjalarında "Bitkoin" ucuzlaşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:14-də "CoinMarketCap" platformasında 1.38% ucuzlaşaraq 96 153 ABŞ dolları təşkil edib.

Son bir gündə paralel olaraq "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 1.39% azalaraq 2660 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP 3.57%, Tether 0,01% azalıb, BNB isə 1.96% bahalaşıb.

Qeyd edək ki, "Bitkoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.