İqtisadiyyat

"Birbank" mobil tətbiqinin fəaliyyəti bərpa edilib - YENİLƏNİB

28 Yanvar 2025 00:58
Baxış: 7 835
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

00:58

Birbank mobil tətbiqinin fəaliyyəti bərpa edilib.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Kapital Bankın mətbuat xidmətindən məlumat verilib.

"Birbank mobil tətbiqimizdə yaranan çətinlik aradan qaldırılıb. Tezliklə tətbiq tam şəkildə bərpa olunacaq. Təşəkkürlər", - deyə Bankdan bildirilib.

---------
22:21


Hazırda Birbank mobil tətbiqinin fəaliyyətində müvəqqəti fasilələr yaranıb.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Kapital Bankın mətbuat xidmətindən məlumat verilib.

"Bank əməliyyatlarını rahat və fasiləsiz həyata keçirməyin müştərilərimiz üçün nə qədər vacib olduğunu anlayır, yaranan narahatlığın ən qısa zamanda həlli üçün tam gücümüzlə çalışırıq.

Həmçinin məlumat üçün bildirmək istəyirik ki, müştərilərimiz kartla POS-terminal, eləcə də Apple Pay və Google Pay ödənişlərini rahatlıqla edə bilərlər.

Müştərilərimizə anlayışları üçün təşəkkür edirik", - deyə Bankdan bildirilib.

Qeyd edək ki, bu gün axşam saatlarından başlayaraq "Birbank" istifadəçiləri problemlə üzləşiblər.

Tətbiqə daxil olan istifadəçilər kartlarının silinmiş olduğunu görürlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.