Gələn ildən ünvanlı sosial yardım artacaq.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin üzvü millət vəkili Vüqar Bayramov deyib ki, Prezident İlham Əliyev 2024-cü il üçün ehtiyac meyarı həddini təsdiq edib. Gələn ildən etibarən ehtiyac meyarı 270 manatdan 285 manata çatdırılacaq.
Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək.
Deputat bildirib ki, bu artım sosial qayğıya ehtiyacı olan ailələrin daha yaxından dəstəklənməsinə xidmət edir.
Milli.Az