İqtisadiyyat

"İqlim dəyişikliyinə qarşı mübarizədə şirkətlər, sektorlar və partiyalar birgə səylərini nümayiş etdirməlidir"

19 Noyabr 2024 11:18
Baxış: 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Yaponiyadan olan müstəqil jurnalist Satoru Mizugiçidir.

Müsahib Trend-ə açıqlamasında bildirib ki, iqlim dəyişikliyinə qarşı mübarizəni təşviq etmək üçün şirkətlər, sektorlar və partiyalar birgə səylərini nümayiş etdirməlidirlər.

O, COP29 danışıqlarını araşdırdığını və mövzusunun "davamlı örtük" olduğunu qeyd edib: "İqlim dəyişikliyinə qarşı mübarizəni təşviq etmək üçün şirkətlər, sektorlar və partiyalar birgə səylərini nümayiş etdirməlidirlər. COP29 bunun üçün əla fürsətdir. Bildiyiniz kimi, dünyada temperatur yüksəlməyə davam edir. Buna görə də vaxt itirmədən temperaturun normallaşdırılması, iqlim dəyişikliyinə qarşı ciddi addımlar atılmalıdır".

"Məlumdur ki, COP29-un əsas və ən həlledici mövzusu maliyyə, puldur. Burada tərəfdaş ölkələr yumşaldılma və uyğunlaşmaları həll etmək üçün maliyyə vəsaitlərini necə genişləndirmə imkanlarını müzakirə edirlər", - o vurğulayıb.

Jurnalist əlavə edib ki, dünyamız naminə hər kəs birgə səriştəlilik nümayiş etdirməlidir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.