Növbəti “KOB FEST” sərgi-satış yarmarkası Zaqatalada keçirilir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Zaqatala rayonunda "KOB FEST" sərgi-satış yarmarkası keçirilir. Yarmarkada Zaqatala və ətraf bölgələrdən olan 30-a yaxın KOB subyekti öz məhsullarını nümayiş etdirir və satışını həyata keçirir. Yarmarkada əsasən kənd təsərrüfatı və sənaye məhsulları, bal və arıçılıq məhsulları, qurudulmuş meyvələr, çərəzlər, konservlər, suvenirlər, müxtəlif əl işləri, xalça, dəri üzərində tikmələr, taxta üzərində oyma işləri və digər müxtəlif məhsullar təqdim olunur.
Tədbirin açılış mərasimində çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov belə tədbirlərin bölgədə fəaliyyət göstərən KOB-ların məhsul və xidmətlərinin tanıdılması, satış imkanlarının genişləndirilməsi, mikro və kiçik sahibkarlıq subyektləri arasında əlaqələrin qurulması baxımından əhəmiyyətini vurğulayıblar.
"KOB FEST" çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunub. Sərgi-satış yarmarkası Mədəniyyət evinin qarşısında oktyabrın 13-dək hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.
Qeyd edək ki, "KOB FEST" sərgi-satış yarmarkaları regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması və satışına dəstək məqsədi daşıyır. Bu tədbir KOB subyektlərinə yeni əməkdaşlıqlar qurmaq, B2B görüşlər keçirmək və satış bacarıqlarını inkişaf etdirmək imkanı da yaradır. Bundan əvvəl "KOB FEST" Bakı, Göygöl, Şəki, Gəncə, Masallı və Naxçıvan şəhərlərində keçirilib. Ümumilikdə bu yarmarkalar çərçivəsində 300-ə yaxın KOB subyektinin məhsul və xidmətlərinin satışına dəstək göstərilib.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Məşhur türk müğənni hamam paylaşımı ilə diqqət çəkdi - (Video)
-
Azərbaycan nefti bahalaşdı
-
AMB rəsmi valyuta məzənnələrini açıqladı
-
"Brent" 72,56 dollara düşdü
-
Bakıda məktəb tikintisinə bir milyon manata yaxın vəsait xərclənəcək
-
Dünya Bankı Bakının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün 410 milyon dollar ayırır
XƏBƏR LENTİ
-
UEFA-dan “Fənərbaxça”ya cəza - Maliyyə qaydası pozuldu
-
Sevdiyiniz rəqəm xarakteriniz haqqında nə deyir?
-
Səyahət edənlər daha çox yaşayırlar
-
İsti havalarda sizi öldürə biləcək dərmanlar açıqlandı
-
Əyləncəsiz yaşaya bilməyən BÜRCLƏR
-
30 illik səssizlik pozuldu - Vanqanın bilinməyən kəhanəti ilk dəfə ortaya çıxdı
-
Azərbaycanın cüdo millisi Avropa çempionatında medallarının sayını yeddiyə çatdırıb
-
Qazaxıstanda dövlət idarəetmə sistemi yenilənəcək
-
Ermənistanın təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlının taleyi bu günədək naməlum qalıb - XİN
-
Ərdoğandan İsrailin “erməni soyqırımı”nı tanımaq qərarı ilə bağlı açıqlama
-
Bakıda evdən meyit tapıldı
-
Moskva vilayətində raket xəbərdarlığı elan edilib
-
Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilmir - AQTA sədri
-
Azərbaycanda ən çox saxtalaşdırılan məhsullar hansılardır?
-
Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin
-
Azərbaycanda ötən il satılmış hər 10 turizm paketindən 8-i xarici ölkəyə səfər üçün alınıb
-
Xanımı İbrahim Borçalıdan üzr istədi
-
Sabah Bakının bir hissəsində qaz olmayacaq
-
Almaniya millisində penalti böhranı: 4 futbolçu zərbə vurmaqdan imtina etdi!
-
Pakistanda təhsil mərkəzinin damı çökdü - 14 uşaq öldü
-
Gupse Özay müğənni olur!
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib - (Foto)
-
Hadise və Gülşen onu məhkəməyə verir
-
Bakıda taksi sürücüsünü iplə boğub öldürənlər hakim qarşısına çıxarılır





