İqtisadiyyat

COP29 tədbirlərində altı rəsmi dilə tərcümə olacaq

7 Oktyabr 2024 14:37
Baxış: 325
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda keçiriləcək COP29 çərçivəsində tədbirlərdə altı rəsmi dilə tərcümə olacaq
Gələn ay Azərbaycanda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində baş tutacaq tədbirlərdə BMT-nin altı rəsmi dilinə tərcümə olacaq.

Milli.Az report-a istinadən xəbər verir ki, bu, Milli Məclisin oktyabrın 8-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyası, Kioto Protokolunun Tərəflər Görüşünün on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Belə ki, sessiya müddətində BMT-nin altı rəsmi dilində aparılmasına imkan verən avadanlıq və qurğulardan istifadə ediləcək.

Məlumat üçün bildirək ki, BMT-nin altı rəsmi dil kimi Çin, ərəb, fransız, ingilis, ispan və rus dilləri qəbul edilib.

Qeyd edək ki, beynəlxalq tədbir noyabr ayının 11-22 noyabr tarixlərində Bakı Olimpiya Stadionunda keçiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.