İqtisadiyyat

"PASHA Bank" birinci yarımilin yekunlarına həsr olunmuş brifinq keçirib - FOTO

25 Sentyabr 2024 16:02
Baxış: 1 771
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az bildirir ki,  "PASHA Bank" ASC 2024-cü ilin ilk 6 ayı ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib.

PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə inzibatçısı Murad Süleymanov bildirib ki, PAŞA Bank" ASC-də hazırda böyüməkdə olan Azərbaycanın fond bazarında istiqraz buraxmağı planlayır.

Bildirilib ki, yaxın aylarda həm Azərbaycan manatı, həm də ABŞ dollarında böyük məbləğdə istiqraz buraxılışı nəzərdə tutulub.

"PAŞA Bank" ASC-in komplayns və idarəetmə üzrə baş direktoru Anar Kərimov bildirib ki, 2024-cü ilin noyabr ayında Şuşada "PAŞA Bank"ın filialı açılacaq.

Həmçinin, qeyd olunub ki, "PAŞA Bank" gələn il Ağdamda və Lənkəranda da nümayəndəlik açmağı planlaşdırır. Bunun üçün məkanlar da müəyyənləşib.

Bərpa olunan enerji (BOE) sahəsindəki layihələrdən danışan "PAŞA Bank" ASC-in İdarə heyəti sədrinin müavini Bəhruz Nağıyev qeyd edib ki, "PAŞA Bank" maliyyələşdirilməsini nəzərdən keçirir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.