Banklarla bağlı gözlənilməz xəbər: kredit faizləri aşağı salınır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan banklarının kredit siyasəti hər zaman müzakirə edilir. Müştərilər kredit və ipoteka şərtlərinin uyğun olmadığını deyir. Əsasən də faizlərin yüksəlkliyindən şikayət edilir.
Milli.Az bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a şərh edən iqtisadçı Natiq Cəfərli deyib ki, Azərbaycanda kredit faizlərinin yüksək olması uzun illər davam edən bir problemdir.
Onun sözlərinə görə, mövcud problemlərin müxtəlif səbəbləri var:
"Faizlərin yüksək olması bir nəticədir. Onu doğuran səbəblər var. Məsələn, səbəblərdən biri Mərkəzi Bankın uçot dərəcəsinin yüksək olmasıdır. Mərkəzi Bankdan verilən açıqlamaya görə, faizi yavaş-yavaş aşağı salacaqlar. Digər səbəb rəqabətsizlik mühitidir. Çünki Azərbaycanda dörd bank bütün bank bazarının 75-80 faizinə nəzarət edir. Bu da rəqabətsizlik mühiti yaratmış olur. Növbəti səbəb əhalinin istehlak kreditlərinə böyük ehtiyacının olmasıdır. Yəni gəlirlər aşağı olduğuna görə əhali öz ehtiyaclarını ödəmək üçün daha çox kredit götürməyə üstünlük verir ki, bu da kreditə tələbi artırır. Tələb artan kimi, banklar da bundan istifadə edib faizi yüksəldirlər".
İqtisadçı deyib ki, bunun inzibati yolla tənzimləmə mexanizmi yoxdur:
"Bu gün dövlət əmr edə bilməz ki, kommersiya bankları hansı faizlə kredit versinlər. Amma hökumətin əlində elə ələtlər var ki, onlar vasitəsilə faizlərin aşağı çəkilməsinə şərait yarada bilər. Bunlardan biri, Mərkəzi Bankın faiz dərəcəsinin aşağı çəkilməsidir. Hazırda faiz yüksək səviyyədədir. Bunun heç olmasa 3-4 faizə qədər enməsinə ehtiyac var. Digər məsələ də rəqabətli mühiti gücləndirmək lazımdır. Azərbaycanda birbaşa xarici kapitallı banklar demək olar ki, yoxdur. Bir tək qardaş Türkiyənin bankları var ki, onlar da filial şəklində çalışırlar. Məsələn, qonşu Gürcüstanda Fransanın, Amerikanın bankları fəaliyyət göstərir. Bizə də lazımdır ki, bazara birbaşa xarici kapitallı banklar daxil olsunlar. Onlar da rəqabətli mühiti gücləndirəcəklər. Nəticə etibarilə kredit faizlərinin aşağı düşməsi mümkün ola bilər".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Dünya bazarında neft yenidən bahalaşdı
-
Süni intellekt dəniz sığortasında zərərləri hadisədən əvvəl azalda bilər - Kirill Patırıkin
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
XƏBƏR LENTİ
-
Paytaxtın 6 küçəsində tıxac var
-
“Miss Avstriya” və “Miss Vyana" 22 yaşında öldü
-
Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb
-
ÇL: “Qalatasaray” Portuqaliyada uduzdu - NƏTİCƏLƏR
-
Avropada bu 10 yerdə suya girməyin: Turistləri 3750 avroya qədər cərimə gözləyir
-
Dənizdə boğulan övladının axtarışlarının davam etdirilməsini istəyirlər - (Video)
-
“Simge” tanınmaz halda - (Foto)
-
Bu bananları almayın – təhlükəli əlamətlər
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq





