İqtisadiyyat

“Bakı KOB evi”nə sahibkarlar daha çox hansı xidmətlər üçün müraciət ediblər?

3 Avqust 2024 11:47
Baxış: 911
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göstərilmiş xidmətlərin 89%-ə yaxını 10 dövlət qurumu tərəfindən göstərilib. 

2024-cü ilin yanvar-iyun aylarında sahibkarlar "Bakı KOB evi"nə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları və mənşə sertifikatının alınması, vergi və gömrük məsələləri, ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi tədqiqat və təcrübə-konstruktor işlərinə dair icazə üçün müraciət ediblər. Sahibkarların lisenziya və icazələrin, qida təhlükəsizliyi sertifikatının alınması, yer təkinin istifadəyə verilməsi məqsədilə hərrac sənədləşdirilməsi, dövlət sosial sığorta sistemində fərdi uçotun həyata keçirilməsi üzrə müraciətləri də üstünlük təşkil edir. 

Müvafiq xidmətlər sahibkarlara Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi - 121122 (76.69%), Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti - 13196 (8.36%), Dövlət Vergi Xidməti - 2793 (1.77%), Dövlət Gömrük Komitəsi - 1113 (0.70%), Fövqəladə Hallar Nazirliyi - 586 (0.37%), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) - 473 (0.30%), İqtisadiyyat Nazirliyi - 434 (0.27%), Dövlət Mineral Xammal Ehtiyyatlarından İstifadə Agentliyi - 288 (0.18%), Qida Təhlükəsizliyi Agentliyi - 141 (0.09%), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 70 (0.04%) tərəfindən göstərilib. Bu, 10 dövlət qurumu tərəfindən göstərilmiş xidmətlər "Bakı KOB evi"nə edilmiş ümumi müraciətlərin 88,8%-ni (140216) təşkil edir.  

Qeyd edək ki, "Bakı KOB evi"ndə 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlara biznes fəaliyyəti üçün zəruri olan "G2B" və "B2B" xidmətlər göstərilir. Təkcə 2024-cü ilin yanvar-iyun aylarında "Bakı KOB evi"ndə sahibkarlara 157940 xidmət göstərilib ki, bunun 140556-sı dövlət, 17384-ü isə özəl qurumlar  tərəfindən təmin olunub.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.