Ev "plana düşəndə" kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Paytaxtdakı mənzillər və obyektlərin qiyməti artırsa, söküntü zamanı kompensasiya da buna uyğun olmalıdır".
Bunu Milli.Az-a iqtisadçı ekspert, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
"Sahibkarla ev sahibləri arasında yaranan mübahisə əksər hallarda əmlakın qiyməti ilə bağlı olur. Vətəndaş, şirkət, sahibkar dövlət qurumu söküntü qarşılığında müəyyən olunmuş kompensasiyanı özbaşına müəyyən etməklə bağlı hüquq və imtiyazlara malik deyil. Tələb və təklif olunan məbləğ yalnız həmin ərazidə qiymətləndirmə palatasının qiymətləndirilməsi aparılmasından sonra müəyyən edilə bilər. Hazırda paytaxtda əraziyə görə vətəndaşa ödənilən kompensasiya 1500-3500 manat arası dəyişir.
Adətən mülkiyyət sahibləri daha çox məbləğ əldə etmək istəyirlər. Çünki həmin məbləğə yeni tikinmiş binalardan mənzil əldə etsinlər. Obyektivlik olsun deyə mütləq ortada müstəqil qiymətləndirmə prosesi olmalıdır. Həmin prosesin rəyinə uyğun olaraq, vətəndaşların hüquqları tapdalanmasın, sahibkarlar isə artıq xərclərə məruz qalmasın".
Məsələ ilə bağlı hüquqşünas Ruslan Vəliyev isə bildirir ki, əgər əmlak sahibinin mülkiyyət hüququ pozulubsa, sahibkarlardan kompensasiya tələb oluna bilər.
"Kompensasiya isə təkcə əmlakın bazar qiyməti ilə məhdudlaşmır. Əgər müqavilə üzrə müəyyən vəzifə və öhtəliklər götürülübsə və buna əməl edilmirsə, təbii ki burda mülki məsuliyyət yaranır. Vətəndaşın da hüququ var ki, ona dəymiş zərər üzrə iddia qaldırsın. Məhkəmə qaydasında isə nəinki ona dəymiş zərərlə bağlı, vəkil və məhkəmə xərclərini də tələb edə bilər".
Aysel Əkbər
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
Narkotik aşkarlanan yük maşınları müsadirə olunsun - Təklif
-
TDT ölkələri arasında ticarət və iqtisadi əlaqələrin inkişafı müzakirə olunub - (Foto)
XƏBƏR LENTİ
-
Vüsalə Əlizadə qardaşının məzarında - "Qara daş məni sakitləşdirir" - (Video)
-
“Kızılcık Şerbeti”ndən rekord
-
Ronaldu "Ən-Nəsr"dən gedir
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Qazaxıstana səfər edib
-
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
-
Sabunçu və Xətaidə qaz kəsiləcək
-
ADMİU-nun I kurs tələbələrini aşağılayan şəxs barədə qərar verildi - Yenilənib
-
Gəlin toyda suyun içindən keçdi - (Video)
-
Qarabağda və Azərbaycanın digər bölgələrində Qafqaz Albaniyasının xristian irsinin izləri var - Hikmət Hacıyev
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
Ölüm hədəsi ilə üzləşən qapıçı 6 qol buraxdı
-
Şəhərətrafı qatar reyslərinin sayı 100-ə çatdırılır
-
Seyyid Yəhya Bakuviyə həsr olunmuş konfransın iştirakçıları Şuşa şəhəri ilə tanış olublar - Yenilənib (Foto)
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Tələbələr üçün gediş haqqı daha ucuz olacaq
-
Azərbaycanlı futbolçunu öldürən erməni Rusiyada həbs olundu - (Foto)
-
Prezident İlham Əliyevin “Qobustan” Günəş Elektrik Stansiyasının açılışından maraqlı görüntüləri - (Video)
-
Masazırda şagirdlər zirzəmidə dərs keçib? - Açıqlama - (Video)
-
ABŞ və husilər Omanda gizli görüş keçirdi - Detallar
-
Türkiyəli iş adamının olduğu təyyarə dağa çırpıldı
-
Azərbaycanda 70 qurum akkreditasiya edildi
-
Badamdarda yaşayış binasında partlayış: Xəsarət alan var
-
"Beşiktaş"da ciddi itki





