Ölkə

Mingəçevirdə musiqi alətləri oğurlayan tutuldu - FOTO

4 Aprel 2025 12:32
Baxış: 356
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mingəçevir şəhərində mənzildən 4500 manat dəyərində məişət əşyaları və musiqi alətlərinin (sintezator) oğurlanması barədə polisə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 26 yaşlı Fərid Şərifli saxlanılıb. 

Növbəti əməliyyat zamanı isə fərdi yaşayış evlərindən oğurluqlar edən, əvvəllər məhkum olunmuş 38 yaşlı Alim Mayılov da saxlanılıb. Saxlanılan şəxsin evlərdən təmir tikinti ləvazimatları və məişət əşyaları oğurladığı müəyyən edilib.

Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.