Kapital Bank “Mükəmməl iş yeri” titulunu qorumağa davam edir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkətlərdən biri olan Kapital Bank 2024-cü ildə də "Great Place to Work" sertifikatına layiq görülərək işçi məmnuniyyəti və iş şəraiti üzrə yüksək standartları qoruyub saxladığını bir daha təsdiq etdi.
Qeyd edək ki, "Great Place to Work" ("Mükəmməl iş yeri") beynəlxalq tədqiqat və konsaltinq şirkəti olaraq 5 qitədə, 60-dan çox ölkədə fəaliyyət göstərir və şirkətlərin işçiləri tərəfindən necə qiymətləndirildiyini, sektordakı yerini, eləcə də kommunikasiya strategiyalarını ölçərək ən yüksək nəticə əldə edən şirkətlərə eyniadlı sertifikatı təqdim edir.
Şirkət tərəfindən aparılan qiymətləndirmələrdə Kapital Bank əməkdaşlar tərəfindən "Karyera yüksəlişi imkanları", "Pozitiv iş mühiti və şirkət mədəniyyəti", "İş və həyat balansı" kimi bir çox kateqoriyada yüksək dəyərləndirilib.
Kapital Bank-ın İstedadların idarə edilməsi departamentinin direktoru Aygün Musayeva bu mükafata layiq görülməyin qürurverici olduğunu vurğulayaraq bildirib: "Bizim İstedadların idarə edilməsi üzrə strategiyamız əməkdaşları peşəkar olaraq yetişdirməyə, liderlik bacarıqlarını artırmağa, onları motivasiyada saxlamağa, eyni zamanda şəxsi bacarıqlarının inkişafı üçün rahat mühit yaratmağa fokuslanıb. Çünki doğru yolun belə olduğundan əminik, istiqaməti dəqiq bilirik. Çox sevinirəm ki, səsləndirdiyimiz fikirlər rəsmi olaraq da öz təsdiqini tapıb. Uğur qazanmaq qədər onu qoruyub saxlamaq da önəmlidir. Mükəmməl iş yeri adını 2-ci dəfə qazanmaq çox qürurvericidir. Bütün uğurlarımız kimi bu uğurumuzun da səbəbkarı olan komandamıza təşəkkür edirəm. Doğru yolda böyük addımlarla irəliləyəcəyimizə inanıram."
Bu sertifikat Kapital Bank-ın işçi məmnuniyyəti, inkişaf imkanları və iş mühiti üzrə yüksək standartlarını təsdiqləyir və işəgötürən brendi olaraq böyük bir üstünlük yaradır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün- https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün - https://kbl.az/prcrc.
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Neft yenidən bahalaşdı
-
Bakıda studio mənzillər bahalaşır - Qiymətlər
-
Azərbaycan nefti 121 dolları keçdi
XƏBƏR LENTİ
-
Formula 1 üzrə Azərbaycan Qran-prisinin əsas yarışı start götürdü
-
Yubiley Azərbaycan Qran-Prisinin möhtəşəm açılış mərasimi keçirildi
-
Villi Sanyol istefa verdi - Yeni baş məşqçi təyin olundu
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü





