Ziraat Bank Azəraycan uşaqlar üçün “Gələcəyin bankirləri” layihəsini həyata keçirib - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "Gələcəyin bankirləri" layihəsini həyata keçirib. Tədbirin məqsədi uşaqlar və yeniyetmələr arasında maliyyə savadlılığının artırılması, onların maliyyə sahəsi ilə bağlı maraq dairələrində olan ixtisaslarla yaxından tanış olması olub. Layihə çərçivəsində Ziraat Bank Azərbaycanda çalışan bütün əməkdaşların övladları baş ofisdə qonaq olublar. Bankda keçirilən ekskursiya zamanı uşaqlar ilk öncə bank anlayışı və bankda fəaliyyət göstərən departamentlərin işi ilə yaxından tanış olublar. Müxtəlif struktur bölmələrdə çalışan əməkdaşlar uşaqlara öz ixtisasları və göstərdikləri xidmətlər haqqında ətraflı məlumat veriblər. Əməliyyat departamentində ekskursiya zamanı uşaqlara bank kartları və ATM-lər ilə bağlı işləmə prinsipi əyani şəkildə izah edilib.
Həmçinin layihə çərçivəsində uşaqlar üçün əyləncə proqramı da təşkil olunub. Proqram zamanı uşaqların istirahət etməsi ilə yanaşı elmə maraqlarının artırılması məqsədi ilə mütəxəssislər tərəfindən təşkil edilmiş eksperimentlər şousu göstərilib. Sonda isə tədbirdə iştirak edən uşaqlara bank tərəfindən xatirə hədiyyələri təqdim olunub.
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Millətlər Liqası: İspaniya və İsveçrə darmadağınla qalib gəldi
-
Adi çay zənn etdi, 22 yaşlı gənc içdikdən sonra iki dəfə ürəyi dayandı
-
Bu yolda quyunun üzərinin açıq qalması təhlükə yaradır - (Video)
-
İki bürcün həyatında yeni mərhələ başlayır
-
Portağal və ya limon deyilmiş: C vitamini anbarı olan qida bəlli oldu
-
Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Monika Belluççinin 16 yaşlı qızı məşhur jurnal üçün kamera qarşısına keçdi - (Foto)
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə





