İqtisadiyyat

Əmək pensiyaları ilə bağlı yeni xəbər!

24 May 2024 14:32
Baxış: 2 795
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda əmək pensiyalarının ödənilməsi xərcləri 25 milyon manat artırılır.

Milli.Az xəbər verir ki, bu, "Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında" qanuna dəyişikliklə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, əmək pensiyalarının ödənilməsi xərcləri 0,4% artılaraq 6 milyard 500 milyon manatdan 6 milyard 525 milyon manata çatdırılır.

Paralel olaraq Fondun 2024-cü il büdcəsinin gəlirləri və xərcləri də 30 milyon manat və yaxud 0,4% artırılaraq 6 milyard 919,9 milyon manatdan 6 milyard 949,9 milyon manata çatdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.