İqtisadiyyat

Mərkəzi Bank: Bu bank kredit riskləri ilə bağlı normativləri pozub

9 Aprel 2024 10:37
Baxış: 1 768
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Mərkəzi Bankı "Rabitəbank"a daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı xəbərdarlıq edib. 

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Qeyd edilib ki, "Rabitəbank" AMB-nin bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə təminatsız kredit tələb(lər)i üzrə kredit riskinin maksimum miqdarı normativini pozub. 

"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələblərini rəhbər tutaraq, Mərkəzi Bank tərəfindən "Rabitə Bank" ASC-yə müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib. 

Mərkəzi Bank əlavə edib ki,sözügedən pozuntu bankın maliyyə dayanıqlığı üçün təhdid yaratmır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.