İqtisadiyyat

Pensiya və maaşlar nə vaxt artacaq? - VACİB AÇIQLAMA - VİDEO

5 Aprel 2024 12:52
Baxış: 2 446
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ötən gün bildirib ki, Azərbaycanda sosial islahatlar bundan sonra da davam edəcək. 

Milli.Az baku.ws-ə istinadən bildirir ki, nazir əlavə edib ki, sosial sahədə əldə olunan nəaliyyətlərlə kifayətlənmək olmaz, həyat davam etdikcə, yeni çağırışlar ortaya çıxır. O həmçinin deyib ki, minimum pensiya və əmək haqqının artırılması davam edəcək. 

ƏƏSMN yanında İctimai Şuranın sədri Elşad Məmmədov arb tv-yə açıqlamasında artımların nə zaman baş tutacağı ilə bağlı sualı cavablandırıb. O bildirib ki, pensiyaların indeksləşdirilməsi prosesi orta illik inflyasiya göstəricilərinə uyğun reallaşdırılır:

"O ki qaldı maaşlarda artımlara, bununla bağlı ilk növbədə ölkə başçısı tərəfindən sərəncamlar verilməlidir. Lakin son illər ölkə başçısı üçün bu artımlar prioritet təşkil edir. Fikrimcə, biz bu il də həmin artımların şahidi ola bilərik. Ardıcıl artımların həyata keçirilməsi müvafiq sərəncama bağlı olan məsələdir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.