“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 1362 kq batareya toplanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən 1 may 2022-ci il tarixində fəaliyyətə başlayan "Batareyaları təhvil ver, təbiəti qoru" layihəsi öz töhfəsini verməyə davam edir. Belə ki, layihə çərçivəsində Kapital Bank və "Access Bank"ın baş ofislərindən, Gəncə, İsmayıllı, Lənkəran və Zaqatala region filiallarından, "Bravo" supermarketlər şəbəkəsinin "Gənclik Mall" filialından, "Landau" məktəbindən və "Fly Inn Baku" mehmanxanasından ümumilikdə 125 kq istifadəyə yararsız elektrik batareyası toplanaraq "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilib.
[Anchor] Qeyd edək ki, batareyaların tərkibində olan ağır metallar və digər zəhərli komponentlər ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükədir. İstifadə müddəti bitmiş batareyalar ümumi tullantılarla qarışdıqda təbiətdə hava, su və torpaqla reaksiyaya girərək erroziyaya uğrayır, üst örtüyü məhv olur. Nəticədə tərkibindəki ağır metallar torpağa və suya qarışaraq insanları və heyvanları zəhərləyir, onların həyatına təhlükə yaradır, bitki örtüyünü məhv edir.
Bu səbəbdən də "Batareyaları təhvil ver, təbiəti qoru" layihəsi ətraf mühitin mühafizəsi, insanların sağlamlığının qorunması, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması, işlənmiş batareya tullantılarının zərərli təsirlərinin qarşısının alınması və səmərəli idarə olunması cəhətdən olduqca vacibdir və maarifləndirici məqsəd daşıyır.
Layihə çərçivəsində Bakıda və regionlarda müxtəlif dövlət qurumlarında, şirkətlərdə, market şəbəkələrində, təhsil müəssisələrində, banklarda və hotellərdə ümumilikdə təhvil qutuları yerləşdirilib. Layihə çərçivəsində bu günədək 1362 kq işlənmiş batareya təhvil alınıb.
Qeyd edək ki, "Red Hearts" - Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin "Cəmiyyət" bölməsinə daxil olub ianələr etmək olar.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Kallas Suriyaya getdi
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Zamanı ən dəqiq ölçən saat hazırlandı
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq
-
Gədəbəyin yeni icra başçısı kollektivə təqdim edildi
-
İnfantino FIFA-ya göstərdiyi dəstəyə və U-15 Dünya Çempionatının keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Yalnızlıq ömrü qısaldır - Kişilər daha çox risk altındadır
-
“Sabah”ın Çempionlar Liqası oyunları üçün biletlərlə bağlı yenilik
-
Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu
-
Xətainin heykəli ilə bağlı rəsmi açıqlama - (Foto)
-
Azərbaycanda zəlzələ oldu
-
Oktyabrda hava necə olacaq?
-
Kiyev cəbhə şəhərinə çevrilir
-
Bakının içməli su sistemi dəyişir
-
Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı
-
AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir
-
Makiyaj videosu yayılan qız sığınacağa yerləşdirilib? - Direktordan açıqlama
-
Qubad İbadoğlu Almaniyaya getdi - Barəsində yeni qərar
-
Bu küçədə evlər söküləcək - Sakinlərə 2700 manat təklif olunub





