İqtisadiyyat

Bu məhsullar siyahıdan çıxarıldı - Baş nazirdən QƏRAR

30 Dekabr 2023 19:15
Baxış: 1 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sementin bəzi növləri əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən malların siyahısından çıxarılıb.

Milli.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü il 5 avqust tarixli 269 nömrəli Qərarında dəyişikllik edilib.

Dəyişikliyə əsasən, "İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı"ndan boyanmış və ya boyanmamış, hazır və ya klinker formasında portlandsement, giltorpaqlı sement, şlaklı sement; supersulfat sementi və analoji hidravlik sementlər çıxarılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.