İqtisadiyyat

Təkrar əkin subsidiyası almaq istəyən fermerlərə XƏBƏRDARLIQ... - VİDEO

6 Avqust 2023 12:11
Baxış: 1 275
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kənd Təsərrüfatı Nazirliyi təkrar əkin subsidiyası almaq istəyən fermerlərə xəbərdarlıq edib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, nazirliyin şöbə müdiri Vüqar Hüseynov bildirib ki, təkrar əkin olaraq çəltik, qarğıdalı, kartof, günəbaxan, darı, sorqo, soya əkmiş fermerlər hər hektara görə 100 manat subsidiya alacaqlar.

Vüqar Hüseynovun sözlərinə görə, təkrar əkin üçün müraciət etmək istəyən fermerin mütləq bu il ilk əkin aparması barədə bəyanı da sistemdə olmalıdır.

"Bu il torpaq analizi vermiş fermerlərdən təkrar əkin bəyanında bu sənəd tələb olunmayacaq."

Təkrar əkin subsidiyası da "Fermer kartın"a köçürülür. Fermer vəsaitin 25%-ni nağdlaşdıraraq istifadə edə, 75%-dən isə nağdlaşdırmadan toxum, gübrə, dərman preparatı ala bilər.

Qaydalara görə, subsidiya vəsaitindən təyinatı üzrə istifadə etməyən və fermer kartındakı nağdlaşdırılmayan hissədən nağd istifadə etməyə çalışan şəxslərə cəza və cərimə tətbiq olunur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.