İqtisadiyyat

300-dən çox təlim, 700-dən artıq məsləhət xidməti, 150-yə yaxın biznes planın hazırlanmasına dəstək - KOBİA

14 İyul 2023 17:24
Baxış: 1 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2023-cü ilin birinci yarısında KOBİA 3 mindən çox KOB subyekti və biznesə başlamaq istəyən şəxsə təlim və məsləhət xidməti göstərib.

Milli.Az xəbər verir ki, bu ilin birinci yarısında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarların, biznesə başlamaq istəyənlərin və startapların biznes biliklərinə yiyələnməsi və mövcud biliklərinin artırılması üçün 308 təlim keçirilib.

Agentliyin ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən KOB inkişaf mərkəzləri tərəfindən təşkil olunan təlimlər biznesə başla, layihə idarəetməsi, maliyyənin idarə olunması, satış, marketinq, rəqəmsal bacarıqlar, "yaşıl iqtisadiyyat" və digər mövzuları əhatə edib.

Bu dövrdə 13 sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnməsi üçün "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı" çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.

Agentliyin video təlim platformasındakı onlayn təlim videolarından ödənişsiz olaraq 244 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb.

KOB inkişaf mərkəzləri tərəfindən satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı 729 sahibkara və biznesə başlamaq istəyən şəxsə məsləhət xidməti göstərilib.

Ümumilikdə, 2023-cü ilin I yarısında Agentliyin KOB subyektlərinin biznes biliklərinin artırılması istiqamətində göstərdiyi dəstək və xidmətlərdən 3 mindən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb.

KOBİA bu ilin birinci yarısında kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 148 biznes planın ödənişsiz olaraq hazırlanmasına dəstək olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.