İqtisadiyyat

KOBİA və “Albayrak” Şirkətlər Qrupu arasında görüş keçirilib

13 İyul 2023 11:07
Baxış: 998
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

KOBİA və Türkiyənin "Albayrak" Şirkətlər Qrupu arasında keçirilən görüşdə şirkətin ölkəmizdə icra edilən və yeni layihələrinə, əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Bu barədə Milli.Az-a KOBİA-dan məlumat verilib.

İstanbulda səfərdə olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin "Albayrak" Şirkətlər Qrupunun İdarə Heyətinin üzvü Mustafa Albayrakla görüşüb.

Görüşdə şirkətin ölkəmizdə icra edilən və yeni layihələrinə, eləcə də əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, "Albayrak" Şirkətlər Qrupu tikinti, daşınmaz əmlak, sənaye, logistika, media, turizm kimi 20-dən çox sektorda fəaliyyət göstərir. Şirkətlər qrupuna 80-ə yaxın şirkət və marka daxildir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.