İqtisadiyyat

SOCAR ilə JBIC arasında Anlaşma Memorandumu imzalandı - FOTO

17 May 2023 09:28
Baxış: 636
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

16 may 2023-cü il tarixində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Özbəkistan Respublikasında keçirilən İllik Toplantısında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı (JBIC) arasında dekarbonizasiya sahəsində əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə SOCAR-dan məlumat verilib.

Memorandum karbon emissiyasının azaldılmasına töhfə verən layihələrin icrasını sürətləndirmək məqsədilə SOCAR ilə Yaponiya şirkətləri arasında əməkdaşlığın təşviqini nəzərdə tutur. Tərəfdaşlıq çərçivəsində şirkətlər dekarbonizasiyaya doğru qlobal tendensiyaya uyğun olaraq aşağı karbonlu texnologiyaların, o cümlədən CCS (karbon tutma və saxlama) və CCUS (karbon tutma, istifadə və saxlama), hidrogen və ammonyak layihələrinin tətbiqi ilə bağlı məlumat mübadiləsini həyata keçirəcəklər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.